Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində növbəti açıq ürək əməliyyatları aparılıb
Tarix: 10.04.2015 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin paytaxtında fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, kardiocərrah Seymur Musayevin rəhbərliyi ilə aprel ayında dördüncü dəfə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində olan heyət əvvəlcədən qeydiyyata götürülən risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirib, kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr verilib. 10 nəfər kardioloji xəstə üzərində isə açıq ürək-aortakoronar şuntlama, fallotetradasının korreksiyası, botal axacağın bağlanması kimi mürəkkəb əməliyyatlar aparıb. Xəstələr bir neçə günlük həkim nəzarətindən sonra tam sağalma ilə evə buraxılıblar. Heyət xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırıb, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələrini diqqət mərkəzində saxlayıb.
Cərrahi əməliyyatlarda Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin həkimləri ilə yanaşı, əməliyyat, reanimasiya, palata tibb bacıları da yaxından iştirak ediblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib
19.09.2019
Sədərək rayonunda payız-qış mövsümünə hazırlıq işləri mütəşəkkil aparılır
19.09.2019
Bakının əksər hissəsini işıqla təmin edən yarımstansiyalar yenidən qurulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info