İsveç “İŞİD”ə görə İraqa hərbçilər göndərəcək
Tarix: 10.04.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


İsveç “İŞİD” adlandıran terrorçu qruplaşmaya qarşı beynəlxalq koalisiya çərçivəsində 35 hərbçidən ibarət qrup göndərmək niyyətini açıqlayıb. İsveç hərbi qulluqçuları Şimali İraqda təhlükəsizlik qüvvələrinə məsləhətlər verəcəklər.
Bu barədə yerli KİV-lərə İsveçin xarici işlər naziri Marqot Valström və müdafiə naziri Peter Hultkvist məlumat veriblər.
Nazirlər bildiriblər ki, hökumət Şimali İraqda “İŞİD”ə qarşı beynəlxalq koalisiyanın keçirdiyi hərbi hazırlıqda iştirak üçün 35 nəfərdən ibarət qrupun 2015-ci il ərzində göndərilməsi barədə xahişi baxılması üçün Riksdaqa (İsveç parlamenti) təqdim edir. Nazirlər, həmçinin vurğulayıblar ki, regionda vəziyyət gərginləşsə, İsveç hökuməti qrupun heyətini 120 nəfərədək genişləndirməyə hazırdır.
İsveç nazirləri fikirlərini belə izah ediblər: “Başqaları kimi biz də potensial tərəfdarların terror aktlarında və ya terror hazırlıqlarında iştirak üçün regiona getmələrinin qarşısını almaq istiqamətində tədbirlər görürük”.
Onlar bildiriblər ki, İsveçin Şimali İraqda yardımı beynəlxalq koalisiya ölkələrinin İraqdakı fəaliyyətinin yalnız bir hissəsidir. Ehtiyac olduğu halda, İsveçin hərbi mütəxəssisləri artıq regionda olan digər koalisiya iştirakçıları, məsələn, ABŞ, Almaniya, Niderland, Danimarka, Norveç və Finlandiya ilə əlaqəli şəkildə işləyəcəklər.
Qeyd edək ki, indiyədək İsveç regionda iki istiqamətdə - humanitar yardım və regionda “İŞİD”in fəaliyyəti nəticəsində güclənən siyasi problemlərin uzunmüddətli həlli yollarının axtarışına siyasi dəstək göstərilməsi istiqamətləri üzrə fəaliyyət göstərib.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info