“ADA” Universiteti SAP Universiteti Alyansının üzvü oldu
Tarix: 10.04.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Aprelin 10-da “ADA” Universitetində bu Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutu və SAP Biznes One komandası ilə əməkdaşlıq çərçivəsində "Kiçik və orta biznes üçün həllər" mövzusunda konfrans keçirilib.
Konfrans çərçivəsində “ADA” Universiteti və SAP arasında anlaşma memorandumu imzalanıb və “ADA” Universiteti SAP Universiteti Alyansının üzvünə çevrilib, universitetin İT və Mühəndislik İnstitutunda regionun ilk Kompetensiya Mərkəzi yaradılmasına dair razılıq əldə olunub.
Konfransda çıxış edən “ADA” Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Muhammadu Kah deyib ki, “ADA” Universitetində yaradılan Kompetensiya Mərkəzinin köməkliyi ilə bu universitet istər özəl, istərsə də dövlət sektoru üçün əhəmiyyətli olan bacarıqlı insan kapitalının formalaşdırılmasına öz töhfəsini verəcək.
Dekan bildirib ki, SAP Universiteti ilə əməkdaşlıq etməklə SAP-ın yeni texnologiya və biznes əməliyyatları, o cümlədən onların zəngin təcrübələrini Azərbaycan və regionun digər ölkələrinin inkişafına sərf etmək mümkün olacaq.
“ADA” Universitetinin İnformasiya məsələri üzrə rəhbəri Rahid Ələkbərli bildirib ki, Bulud texnologiyaları əsasında işləyən yeni həll kiçik və orta biznes üçün sərfəli şərtlərlə olmaqla yanaşı, elektron hökumət, elektron ticarətin inkişafına dəstək verəcək. İstehsalat, turizm, ticarət və digər sektorlar üzrə fəaliyyət göstərən müəssisələrin daxili proseslərinin avtomatlaşdırılması, hökumət-biznes əlaqələrinin inkişaf etdirilməsi kimi funksiyalar yaradacaq.
Tədbirdə Azərbaycanın SAP üçün strateji əməkdaşlıq rolunu oynaması, kiçik və orta biznes üçün texnoloji yeniliklərdən faydalanma yolları, istehsalat, turizm və ticarət sahələri üçün biznes həlləri mövzularında çıxışlar olub.
Qeyd edək ki, “ADA” Universiteti SAP həllərindən istifadə sahəsində geniş təcrübəyə malikdir. Belə ki, artıq büdcə planlaması, maliyyə əməliyyatlarının aparılması, analitik hesabatlar, iş proseslərinin avtomatlaşdırlımasını həyata keçirmək üçün universitet bu sistemdən istifadə edir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info