Yunanıstanda maaşlar ödənməyə bilər
Tarix: 10.04.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Yunanıstan Beynəlxalq Valyuta Fonduna (IMF) olan 450 milyon avroluq ödənişini vaxtında etməsinə baxmayaraq, ölkənin gələcəkdə yardım almadığı təqdirdə dövlət çalışanlarının və təqaüdçülərin maaşlarını ödəyə bilməyəcəkləri bildirilir. Mərkəzi Londonda fəaliyyət göstərən “Open Europe” təşkilatının İqtisadi Araşdırmalar şöbəsinin direktoru Raoul Ruparel bildirib ki, Yunanıstanın aprel ayının ilk həftəsində maliyyəsinin tükənəcəyi bildirilsə də bu ölkənin IMF borcunu necə ödədiyi ilə bağlı açıqlama vermədiyini, onun fikrincə, bunun keçən ay dövlət və özəl sektordan gələn bir qisim gəlirlə bağlı olduğunu deyib. Onun sözlərinə görə, hazırda bütün ödəmələr içərisində ilk sırada IMF-yə yer verirlər: “Qarşıdakı 2-3 həftədə isə bir qisim ödənişlər edilməyəcəyi, bəzi təqaüdçülərin və məmurların maaşlarının ödənməyəcəyini görə bilərik”. R.Ruparel Yunanıstanın gələcək günlərdə məmur və təqaüdçü maaşlarının ödənməməsinin olduqca ciddi sosial etirazlarla qarşılana biləcəyini deyib. Onun sözlərinə görə, artıq yunan hökumətinə məxsus qaynaqlar belə bu ay işərisində ölkənin bütün maliyyə gücünün bitəcəyini qəbul edirlər: “Hökumət hazırda IMF və avro bölgəsi ödəmələrinə xalqına edəcəyi ödənişlərdən daha çox önəm verir. Əvvəllər hökumət təqaüdçülərin pensiyalarının ödənişini daha əvvəl edəcəyini söyləmişdi. Əgər ödəmələr edilməzsə, bu sosial partlayışa səbəb olacaq, xalq hökumətə olan dəstəyini də azaldacaq”. Onu da qeyd edək ki, hazırda Yunanıstanın Ümumi Daxili Məhsulun 175 həcmində (315 milyard avro) borcu var.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info