Fabrizio Napoli: “Azərbaycan növbəti dayanacağımdır”
Tarix: 11.04.2015 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Diaspor Jurnalistləri Birliyi “Azərbaycanın xaricdəki əcnəbi dostları" layihəsini həyata keçirir. Məqsəd əcnəbi dövlət və ictimai xadimlərlə münasibətlərin yaradılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıdır. Əsas hədəflərdən biri də xaricdə Azərbaycana diqqətin daha da artırılmasıdır. Layihə çərçivəsində DJB tərəfindən Azərbaycana rəğbəti olan siyasətçi, jurnalist, yazıçı və s. nüfuzlu şəxslərdən müsahibələr hazırlanır. Layihə çərçivəsində növbəti müsahib İtaliyanın “Gazoweb” agentliyinin rəhbəri Fabrizio Napolidir. London və Romada yerləşən şirkətlərə, dövlət təşkilatlarına, məktəb və universitetlərə veb-dizayn, marketinq xidmətləri təklif edən agentliyin əsasını qoyan Fabrizio Napoli, eyni zamanda musiqiçi və həvəskar səyahətçidir. Onun əsas arzu və planlarından biri Azərbaycana gəlmək və virtual dünyada ölkəmizin təbliğatını aparmaqdır.
-Azərbaycanın hansı əsas xüsusiyyəti sizə bu torpağı sevdirir?
-Məni heyrətləndirən, o qədər də böyük olmayan bu ərazidə olan məftunedici landşaft dəyişkənliyi və tarixi abidələr oldu. Gündəmdə olan iqtisadiyyat və ictimai inkişafın çiçəklənməsi ilə qarışıq bu gözqamaşdıran təbii və mədəni irs, mənim kimi Avropa adamını belə məftun edir. Görünür ki, Azərbaycanın bugünkü həyat tərzi Asiya dinamikası ilə maraqlı qatışımı, mədəniyyətinin özünəməxsus şəkildə qorunub saxlaması ayıqlığı, əksər Avropa Aralıq dənizi ölkələri etdiyi tərzdədir. Məncə, bu xüsusiyyətlər, hətta qısa bir vaxt ərzində hər hansı bir ziyarətçiyə unikal və intensiv səyahət təcrübəsi əldə etmək imkanı yaradır.
-Nə vaxtsa bura gəlib reportaj fikrində olmusuz?
Əlbəttə. Yorulmaz bir səyahətçi olaraq, jurnalist kimi də olmasa, mən özümün xaricdəki təcrübələrim barəsində tez-tez yazıram və əlbəttə, Azərbaycan növbəti dayanacağımdır. Öz şəxsi gündəliyimdə daha çox bu ölkənin torpağının və gözəlliyinin beynəlxalq tutumunu görmək istərdim və mən belə düşünürəm ki, Azərbaycan beynəlxalq ictimaiyyətə öz görünüşü üçün daha effektiv addımlar atacaq. Amma onu deməliyəm ki, internetdə Azərbaycan haqqında məlumat əldə etmək üçün görkəmli resurslar lazım olduğundan çox azdır.
-İtaliya mediasına məqalə təqdim etmək istəmisiz?
-2013-cü il mən səyahətçi bloqlarına və genişmiqyaslı jurnallara Livan səyahəti barəsində xəbər vermişəm. Lakin çox az maraq göstərildi, əsasən, çap etməkdən imtina etdilər. Ümumiyyətlə, İtaliyanın beynəlxalq əhatə mədəniyyəti çox kasıbdır və yaxın gələcəkdə bunun yaxşıya doğru dəyişməsi məni təəccübləndirir. Lakin gənc nəsillər ənənəvi mediadan yan keçərək onlayn platformalarda və şəbəkələrdə digər mədəniyyətləri daha tez araşdırma aparıb tapırlar.
-Bizim ölkə ilə əlaqəli hər hansı bir layihə həyata keçirmək niyyətiniz var?
- Daha əvvəl qeyd etdiyim kimi, Azərbaycanı bütövlükdə tanımaq üçün öncə oranı ziyarət etməliyəm. Düşünürəm ki, cəmiyyət münasibətləri baxımından İtaliyada Azərbaycanın xarici siyasəti və bir çox mədəni proqramlara olan marağı bəzi hallarda lazımi diqqət əldə edə bilmir. Rəsmi və düzgün tərtib olunmuş onlayn iştirak ölkənin daha dolğun təsəvvürünü yaradacaq və səyahət imkanlarına təkan verəcək. İpək Yolu boyunca biz bir-birimizi həmişə yaxşı başa düşmüşük, bunun davam etməməsi üçün bir səbəb yoxdur.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info