Yığmamızın potensial rəqibləri bəlli oldu
Tarix: 11.04.2015 | Saat: 01:41:00 | E-mail | Çapa göndər


Qadın həndbolçular arasında Avropa çempionatının II seçmə mərhələsinin püşkü atılıb. Bu raundda 2016-cı il dekabrın 4-18-də keçiriləcək final mərhələsində oynamaq iddiasında olan nisbətən yüksək reytinqli 26 komanda və I seçmə mərhələnin iki qalibi mübarizə aparacaq.
Final mərhələsini qəbul edəcək
İsveçdə baş tutan püşkatmada iştirakçılar 7 qrupa bölünüb. Bunların 5-də 4 komanda yer alıbsa, 2 qrupda isə 3 iştirakçı dəqiqdi. Bu “dördlük”lərin sonuncu komandası isə iyunun 12-14-də keçiriləcək I seçmə mərhələsində bəlli olacaq. Mübarizəyə daha tez başlayanlar arasında olan Azərbaycan millisi bu yay Bolqarıstan və Farer adaları ilə birlikdə A qrupunda çıxış edəcək. Vyanadakı püşkə əsasən bu “üçlüy”ün qalibi 3-cü qrupda yer alacaq. Yığmamız mərhələ adlasa, İspaniya, Hollandiya və Avstriya ilə qarşılaşacaq. Bu mərhələyə oktyabr ayında start veriləcək. İki dövrəli yarışda hər qrupun iki ən yaxşısı İsveçə vəsiqə qazanacaq. Qrup üçüncüləri arasında ən yaxşı göstəriciyə malik komanda da 16 iştirakçı arasına qoşulacaq.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info