Türkiyədən Vatikan dövlətinə etiraz
Tarix: 13.04.2015 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Vatikan dövlətinin Ankaradakı səfiri Lusibello Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Yerli mətbuatın yaydığı məlumatlarda bildirilir ki, Roma Papası Fransiskin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlərə qarşı Türkiyənin etirazı səfir Lusibelloya çatdırılıb. Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında sözügedən mövzu ilə bağlı yerləşdirilmiş məlumatda qeyd olunur ki, soyqırımı anlayışı hüquqi məsələdir. Dini rəhbərlərin xalqlar və dövlətlər arasında sülh və dostluğa zərər vuran ifadələr işlətməsi mənəvi dəyərləri özündə əks etdirmir. Rəsmi mənbələrdə bildirilir ki, Türkiyənin Vatikandakı səfiri Mehmet Paçacı məsləhətləşmələr məqsədi ilə Ankaraya çağırılıb.

Xatırladaq ki, uydurma erməni soyqırımı məsələsinin 100-cü ildönümünə ciddi hazırlaşan erməni tərəfi dünyadakı ikili standartlardan istifadə etməklə Türkiyəyə qarşı əsassız iddialarını gerçəkləşdirməkdə israrlıdırlar. Tarixi həqiqətlər isə tamam başqadır: erməni silahlıları, hələ Birinci Dünya müharibəsinə qədər Azərbaycan xalqına qarşı ağır cinayətlər həyata keçiriblər. Birinci Dünya müharibəsində isə onlar faktiki olaraq silahlı qiyamlar qaldırmaqla Osmanlı dövlətinə qarşı döyüşən tərəf kimi çıxış ediblər. Azərbaycanın Quba bölgəsində və müasir Türkiyənin Qars vilayətində türk və müsəlman əhaliyə qarşı erməni silahlılarının həyata keçirdikləri soyqırımıların nişanəsi olan kütləvi məzarlıqlar vardır. Bundan başqa, 1992-ci ilin fevralında Ermənistan dövlətinin həyata keçirdiyi Xocalı soyqırımı müasir dünyanın gözü qarşısında törədilmiş hərbi cinayətdir. Bütün bu tarixi acı gerçəkliklər qarşısında uydurma erməni soyqırımı mövzusunu dilə gətirməyin isə yalnız bir adı var; ikili standartlar

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info