İran zavodu Azərbaycan bazarına daxil olmaq istəyir
Tarix: 13.04.2015 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


İranın Mazandaran əyalətinin “Cuybar boru və profil “ zavodu 2015-ci ildə Azərbaycan bazarına daxil olmaq istəyir və bu məqsədlə özünə tərəfdaş axtarır. Bunu Cuybar boru və profil zavodunun direktoru Yarəli Rzaian Cuybar şəhərində səfərdə olan azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
Y.Rzaian deyib ki, hazırda Azərbaycan bazarına daxil olmaq üçün vəziyyəti öyrənirik. “Azərbaycanlı iş adamları ilə danışıqlar aparırıq. Həmçinin öz məhsullarımızı oradakı bazara təqdim etmək üçün Azərbaycanda keçiriləcək inşaat materialları sərgisində iştirak etmək istəyirik.”
Cuybar boru və profil zavodunun fəaliyyətindən danışan Y.Rzaian deyib ki, zavodun istehsal etdiyi məhsulların 90 faizi ixrac olunur və bu məhsulun digər zavodların istehsalından fərqi ondadır ki, daha gec korroziya uğrayır və beynəlxalq standartlara uyğun məhsul istehsal edirik.
Onun sözlərinə zavodun məhsulları əsasən Orta Asiya ölkələrinə o cümlədən İraq, Əfqanıstan, Tacikistan, Özbəkistan və Qafqazda isə Gürcüstana ixrac olunur. “Azərbaycanla əməkdaşlıq etmək üçün razılıq olarsa biz öz filialımızı da orada açmağa hazırıq”.
Azərbaycanlı jurnalistlər Mazandaran əyalətinin Cuybar şəhərinin digər bir neçə zavod və müəssisələrində oldular. Onlardan kisə istehsalı edən Keşavərz şirkətini nümunə göstərmək olar. Bu şirkət ötən il Azərbaycana 100 ton kisə ixrac edib, bu il isə bu rəqəm 30 ton təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub
15.02.2019
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının yeni tərkibdə ilk iclası keçirilib
15.02.2019
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15.02.2019
Sabirabad və Salyanda qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info