“Ermənistan xəbərləri” jurnalı ölkədəki acınacaqlı durumdan yazdı
Tarix: 13.04.2015 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Ermənistan rəsmilərinin ölkədə iqtisadiyyatın inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi barədə qaldırdıqları hay-küy dünya ictimaiyyətini aldatmaqdan başqa bir şey deyil. Əslində isə əhalinin sosial vəziyyəti aydan-aya deyil, gündən-günə ağırlaşır. Hətta iş o yerə çatıb ki, erməni ideyalarını Fransada təbliğ edən “Ermənistan xəbərləri” jurnalı 11 aprel tarixli nömrəsində dərc etdiyi “Bir qəzetə görə Ermənistanda əhalinin 32 faizi kasıbdır” sərlövhəli məqaləsində əhalinin yaşayış tərzinin acınacaqlı olduğunu etiraf etməyə məcbur olub.
Fransadakı güclü erməni lobbisinin vəsaiti hesabına Parisdə gündəlik nəşr olunan jurnal yazır ki, Ermənistan əhalisinin 967 min nəfəri, yəni 32 faizi kasıbdır və aldıqları cüzi əmək haqları ilə zorla dolanırlar.
Ermənistan Dövlət Statistika Xidməti İdarəsinin məlumatına istinad edən jurnalda bildirilir ki, korrupsiyaya qurşanan və var-dövlət toplamaq hərisi olan erməni rəsmilərinin apardıqları daxili siyasət ölkə əhalisinin getdikcə yoxsullaşmasına və yoxsulluğun son həddində yaşamasına gətirib çıxarıb. Əlbəttə, bu, dövlətin siyasətini dəstəkləyən rəsmi orqandır və onun verdiyi rəqəmlər ölkədəki vəziyyəti tam əks etdirmir. Əslində isə, Ermənistanda əhalinin əksəriyyətinin sosial vəziyyəti çox aşağıdır.
Məqalədə ölkə əhalisinin 13,3 faizinin, yəni 402 min nəfərin yaşayış səviyyəsinin həddindən artıq acınacaqlı, ayda 22993 dram əmək haqqı alan 87 min erməninin vəziyyətinin isə daha ağır olduğu bildirilir.
Bütün bunlar Ermənistan rəhbərliyinin daxili siyasətinin əsl simasını, ölkə iqtisadiyyatının getdikcə tənəzzülə uğradığını bir daha sübut edir.
Qeyd edək bu ölkənin mətbuatı da dəfələrlə bu mövzuda məqalələr çap edib, hətta təkcə iqtisadçı ekspertlər deyil bəzən məmurlar da ilbəil sosial, iqtisadi durumun uçuruma doğru getdiyini etiraf ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İranın Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb
21.02.2019
Paşinyan yeni müxalifət formalaşdırmaq istəyir
21.02.2019
Türkiyə Ermənistanla sərhəddə genişmiqyaslı hərbi təlimlər keçirir
20.02.2019
ABŞ və Türkiyə razılığa gələ bilmir
20.02.2019
“Lazarev klubu” erməniləri qane etmir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info