Səfirimizdən Dağlıq Qarabağa icazəsiz səfər etmiş jurnalistin məqaləsinə tutarlı cavab
Tarix: 13.04.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


2015-ci ilin 8-23 mart tarixlərində Ermənistanda keçirilmiş beynəlxalq mediaforumun bəzi iştirakçılarının Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri təşkil olunub. Həmin iştirakçılar arasında Argentinanın "Perfil" qəzetinin jurnalisti Santiago Farrell də olub və qanunsuz səfərdən sonra argentinalı jurnalistin həmin qəzetdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı erməni tərəfinin mövqeyini əks etdirən məqaləsi dərc olunub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə "Perfil" qəzetinə məktub ünvanlayıb və həmin məktub qəzetdə dərc edilib.
Məqalədə bildirilir ki, 5 aprel tarixində "Perfil" qəzetində dərc edilmiş və müəllifi Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş şəxs olan "Dağlıq Qarabağ, Sovetlər İttifaqının verdiyi ilk çat" adlı məqalə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü təhrif edir və münaqişənin mahiyyəti ilə bağlı dezinformasiya təqdim edir. Qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə Azərbaycan hökumətinin razılığı olmadan səfər etmək Azərbaycan Konstitusiyasının, müvafiq qanunlarının və beynəlxalq hüququn pozulmasıdır: “Azərbaycan hökumətinin razılığı olmadan bu ərazilərə səfər etmiş şəxslər arzuolunmaz şəxs elan olunur və onların adları bu kimi səfərlərin qarşısını almaq üçün hökumətin müvafiq siyahısına daxil edilirlər. Bu hərəkətlərinin səhv olduğunu Azərbaycan hökuməti qarşısında etiraf edən şəxslər öz adlarının həmin siyahıdan çıxarılmasını xahiş edə bilərlər. Azərbaycan tərəfi hər zaman bu kimi müraciətlərə baxmağa hazırdır”.
Yazıda bildirilir ki, BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, NATO, Qoşulmama Hərəkatı və digər çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıyır və Azərbaycan ərazisindən Ermənistanın hərbi qüvvələrinin çıxarılmasını və azərbaycanlı məcburi köçkünlərin öz yurdlarına qayıtmasını tələb edirlər: “Beynəlxalq təşkilatların çağırışlarına əməl etmək əvəzinə, Qlobal Hərbiləşdirmə İndeksinə görə dünyada 3-cü ən hərbiləşdirilmiş ölkə olan Ermənistan getdikcə kəskin şəkildə azalan əhalisinin yoxsullaşması hesabına işğal olunmuş əraziləri güclü daha da hərbiləşdirməkdə davam edir. Əslində, bu ölkənin məqsədi qonşu ölkələrin ərazisi hesabına "Böyük Ermənistan" xülyasını həyata keçirməkdir və Azərbaycan ərazilərinin də işğalı bu planın tərkib hissəsidir. Öz təcavüz siyasətini ört-basdır etmək üçün Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində “Perfil” qəzetinin səhvən "respublika" kimi təqdim etdiyi qeyri-qanuni separatçı rejim yaradıb. Bu separatçı rejim Ermənistanın oyuncağından başqa bir şey deyil və dünyanın heç bir ölkəsi tərəfindən, heç Ermənistanın özü tərəfindən belə tanınmayıb”.

Məqalədə vurğulanıb ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə nizamlanmasının tərəfdarıdır və 20 ildən artıqdır Ermənistanın destruktiv hərəkətləri nəticəsində hələ də heç bir nəticə verməyən ATƏT-in Minsk qrupu çərçivəsində gedən danışıqlar prosesində iştirak edir: “Danışıqlarda Azərbaycanın məqsədi münaqişəni həll etmək, regiona sülh və inkişaf gətirməkdir. Lakin Ermənistanın danışıqlarda iştirakında məqsəd isə öz işğalını davam etdirmək, status-kvo kimi təhlükəli vəziyyəti saxlamaq və regiona faciələr gətirmək üçün vaxt qazanmaqdır. Bu ölkə başa düşmək istəmir ki, XXI əsrdə beynəlxalq ictimaiyyət beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsini qəbul etmir. Münaqişənin nizamlanmasına maneə Ermənistanın hərbi qüvvələrinin Azərbaycan ərazisində qalmasıdır. Həmin qoşunların işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qaytarılması bu münaqişənin nizamlanmasının açar elementləridir. Azərbaycan Ermənistanın təcavüzünə son qoymaq və öz ərazi bütövlüyünü bərpa etmək üçün öz yoluna davam edəcək və səylərini əsirgəməyəcək”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına
20.02.2019
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb
19.02.2019
Moskvada Azərbaycanın Rusiyadakı səfirinin Çeçenistanın məsul nümayəndələri ilə görüşü olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info