3 yaşlı amerikalı 1 yaşlı uşağı güllələdi
Tarix: 13.04.2015 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


ABŞ-da 3 yaşlı uşaq 1 yaşlı körpəni güllələyib.
TASS-ın verdiyi məlumata görə, hadisə Klivlend şəhərindən təsadüf nəticəsində baş verib.
Güllə yarası almış körpə xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Məlum olub ki, atəş açmış 3 yaşlı uşaq təsadüfən evdə tapança tapıb. Uşaqların qohum olub-olmadığı açıqlanmır.
Silahı nəzarətsiz yerə qoyan vətəndaşın isə cinayət məsuliyyətinə cəlb olunacağı bildirilir.
Qeyd edək ki, ABŞ-da silahdan gündəlik “məişət əşyası” kimi istifadə edilməsi çoxdandır ki adi hal alıb. Amma son illərdə silahlı insidentlərin daha da çoxalması, xüsusən də məktəblilərin silahdan istifadə etməsi artıq bu ölkədə ciddi narahatlıq doğurub. Bəzi hüquq müdafiəçiləri və ekspertlər bunu normal hal saysalar da bir qisim mütəxəssislər yaxın illərdə silahla törədilən cinayətlərin sayının xeyli artacağını söyləyirlər. Onlar silah satışının leqallaşdırılması ilə bağlı bəzi sərt addımların atılmasının vaxtının çatdığını düşünürlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info