“Haykakan Jamanak“: “Ermənistan iqtisadiyyatına xarici sərmayələrin həcmi kəskin azalıb”
Tarix: 13.04.2015 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


Bu ilin birinci rübündə Ermənistan iqtisadiyyatına xarici sərmayələrin həcmi kəskin azalıb. Bu barədə "Haykakan Jamanak" qəzeti ölkənin İqtisadiyyat Nazirliyindəki mənbələrinə istinadən bildirir.
Qəzetin yazdığına görə, belə pis vəziyyət heç zaman olmamışdı. Ölkə iqtisadiyyatına yatırılmış xarici sərmayələrin həcmi barədə rəsmi göstəricilər yalnız may ayında dərc olunacaq. Amma ilkin vəziyyət fəlakətli olub. Hesablanıb ki, bütünlükdə xarici sərmayələrin həcmi cəmi 10 milyon dollar təşkil edib, halbuki əvvəlki illərin analoji dövründə bu rəqəm yetərincə böyük-120-150 milyon dollar təşkil edib.
Yerli ekspertlərin fikrincə, xarici sərmayəçilər sadəcə ölkə iqtisadiyyatına pul yatırmağa qorxurlar. Bu ölkədə yaxın zamanlarda, Allah bilir, nələrin olacağını düşünürlər.
Bundan başqa, qəzet Ermənistanda pul ehtiyatının kəskin azalmasını bildirir. Bu, Cənubi Qafqaz respublikasının mərkəzi bankı bütün valyuta ehtiyatları barədə məlumat dərc edib. Aprelin 1-ə olan vəziyyətə valyuta ehtiyatları 1 milyard 490 milyon dollar təşkil edib, halbuki, keçən ilin sonuna bu rəqəm 2 milyard dollar olmuşdu.
Qəzet yazır ki, ehtiyat fondu hər ay 70 milyon dollar azalır. "Haykakan Jamanak" qəzeti yazır ki, əgər valyuta bu cür sürətli templərlə xərclənməyə davam edərsə, yaxın aylarda tamamilə tükənəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info