Şəkidə regional müşavirə keçirilib
Tarix: 13.04.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Şəki rayonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının – rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantin mətəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin, ümumilikdə 300 nəfərin iştirakı ilə “Respublika ərazisində Yovşanyarpaqlı ambroziyanın yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə hazırlanmış məhdudlaşdırıcı və ləğvedici tədbirlər planının icrasına dair II regional müşavirə” keçirilib.
Tədbiri giriş nitqi ilə Şəki rayon İcra Hakimiyyətinin başçısının müavini Firon Əliyev açaraq iştirakçıları salamlayaraq, keçirilən tədbirin bölgə və ümumiyyətlə ölkəmiz üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonar DFNX-nin rəisi Camal Quliyev tədbirin 2015-ci ilin ölkədə “Kənd Təsərrüfatı” ili elan olunması münasibəti ilə təsdiq edilən tədbirlər planına əsasən həyata keçirildiyini, zərərli orqanizmlərə qarşı aparılan mübarizə tədbirlərinin elmi əsaslarla təşkil edilməsininin və kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçidin zamanın tələbi olduğunu qeyd edib.
Xidmət rəisi onu da qeyd edib ki, Yovşanyarpaqlı ambroziya birillik yazlıq alaq bitkisi olmaqla respublika ərazisində 11 min ha-dan artıq ərazidə yayılmış, bütün mədəni və başqa tarla bitkilərinin əkinlərini, bağları, üzümlükləri, çəmənlikləri, otlaq sahələrini və qoruyucu meşə zolaqlarını zibilləyir. Eyni zamanda ambroziya geniş yayıldığı ərazilərdə kənd təsərrüfatı bitkilərinin və otlaqların məhsuldarlığını azaltmaqla yanaşı, məhsulun keyfiyyətini aşağı salır və insanların sağlamlığına mənfi təsir edir. Tədbirlər planı çərçivəsində 2014-cü ildə alaq otuna qarşı 4830 ha sahədə kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Müşavirədə Balakən və Zaqatala rayonlarında Yovşanyarpaqlı ambroziyanın populyasiyasının minimum səviyyəyə endirilməsi, respublika ərazisində növbəti yayılmalarının qarşısının alınması, Qax və Şəki rayonlarında yayılma ocaqlarının tamamilə ləğv edilməsi, kənd təsərrüfatı bitkilərinə və insan sağlamlığına zərərli təsirinin minumuma endirilməsi nəticəsində bitkiçilik məhsullarının istehsalının artırılması, davamlı aqrobiosenozların yaradılması və bölgədə fitosanitar sabitliyin təmin edilməsi qarşıya əsas məqsəd qoyulub.
Müşavirədə Yovşanyarpaqlı ambroziyanın monitorinqi və identifikasiyası, aqrotexniki, bioloji, kimyəvi mübarizə üsulları, karantin tədbirləri sistemi və digər aktual məsələlər geniş müzakirə edilib. Bölgədə yovşanyarpaqlı ambroziyaya qarşı kimyəvi mübarizə tədbirlərinə başlanılıb.
Tədbirin sonunda müşavirə iştirakçıları və fermerlər göstərilən qayğıya görə Respublika Prezidenti İlham Əliyevə və Kənd Təsərrüfatı Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər.


Fuad




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info