Ümummilli liderin yubileyi münasibətilə idman yarışlarına başlanıb
Tarix: 13.04.2015 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) struktur bölmələrinin əməkdaşlarından ibarət komandalar arasında mini-futbol və şahmat turnirlərinə başlanılıb.
Bu münasibətlə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, ölkəmizdə makroiqtisadi sabitlik və inkişafa nail olunması yönündə mühüm tarixi xidmətlərindən, habelə əhalinin sosial müdafiəsinə diqqət və qayğısından söz açılıb. Qeyd olunub ki, ulu öndərin müəllifi olduğu müstəqil Azərbaycanın uzunmüddətli inkişaf strategiyası Prezident cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilir. Sürətli tərəqqi dövrünü yaşayan Azərbaycan eyni zamanda yoxsulluğun və işsizliyin ən aşağı səviyyəsi ilə seçilən, sosial rifah göstəriciləri daim artan ölkələrdən biridir. Tədbirdə ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunda Azərbaycan idmanının inkişafının da daim mühüm yer tutduğu vurğulanıb, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətdən, Azərbaycanın əldə etdiyi idman uğurlarından bəhs olunub. Birinci Avropa Olimpiya Oyunlarına ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsinin ölkəmizə beynəlxalq səviyyədə yüksək inam və etimadın təzahürü olduğu bildirilib.
Ümummilli liderin doğum günü ərəfəsində ƏƏSMN-nin struktur bölmələrinin əməkdaşlarından ibarət komandalar arasında bu idman turnirlərinin keçirilməsinin gənclər arasında sağlam həyat tərzinin təbliğinə yönəldiyi qeyd edilib. İdman turnirlərinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində müəyyən olunacaq və qalib komandalara kubok və medallar təqdim ediləcək.

İlkin




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info