Moskvada azərbaycanlı yazarların növbəti iclası keçirilib
Tarix: 13.04.2015 | Saat: 19:41:00 | E-mail | Çapa göndər


Moskva Mərkəzi Ədiblər evində azərbaycanlı yazarların növbəti toplantısı olub.
Moskva şəhərində yaşayan yazarlarımızın, Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin üzvlərinin, və ədəbiyyatşünasların iştirak etdiyi bu toplantıda bir çox mühüm məsələlər müzakirə edildi. İclası Azərbaycan və Rusiya Yazarlar birliklərinin üzvü şair Nəsib Nəbioğlu açıb. O, hər kəsi salamlayaraq, martın 25-də Rusiyanın ən məşhur ədəbi qəzeti - “Literaturnaya qazeta”da şeirləri dərc olunan şairləri bu böyük uğur münasibətilə təbrik edib və sözü Moskva Beynəlxalq Əlaqələr universitetinin professoru, yazıçı, ədəbiyyatşünas alim Abuzər Bağırova verib.
Abuzər Bağırov “Literaturnaya qazeta”da şeirləri dərc olunan şairləri: Alla Axundova, İzümrüd Quliyeva, Nəsib Nəbioğlu, Tofiq Məlikli, İlham Bədəlbəyli, Sultan Mərzili, Əşrəf Hüseynli, Əliş Əvəz, Maya Bədəlbəyli, Afaq Şıxlı, Leyla Şəkili, Nilufər Şıxlı, Abbas Alıyev,Yaşar Süleymanlı, Valeh Saleh və digərlərini Moskva ədəbi mühitindəki bu böyük uğur münasibətilə təbrik edib: “Şeirləri dərc olunan bütün şairləri ürəkdən təbrik edirəm! Unutmayaq ki, bizim – Azərbaycandan uzaqlarda yaşayan ziyalıların əldə etdiyi hər bir nailiyyət Vətən naminədir. Qəzetdə 21 azərbaycanlı şairin əsərləri nümayiş etdirilib. Onlardan bir neçəsi aramızda olmasa da, bu dəyərli soydaşlarımızın ruhunu şad etmək borcumuzdur. Allah rəhmət eləsin! Eləcə də, şeir səhifələrini öz rəsmlərilə bəzəyən Maya Bədəlbəyliyə də minnətdarlığımı bildirirəm!”
“Turan inciləri” başlığı altında verilmiş bu şeir çələnginin ön söz müəllifi professor Abuzər Bağırov qeyd etdi ki, Rusiyada yaşayan xalqlar arasında Azərbaycan xalqı yeganədir ki, təkcə Moskva şəhərində 21 nəfər şairi və yazıçısı var:“Bizim şeirlər toplusu “Literaturnaya qazeta”nın əməkaşları tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu, Rusiya ədəbi mühitində gələcəkdə davam edəcək uğurlarımıza bir təkandır. Azərbaycanın folklorundan başlamış müasir ədəbiyyatınadək, hər rübdə bir dəfə bu qəzetdə yayımlanacaq. Eləcə də, sevindiricidir ki, yaxın zamanlarda, yazarlarımızın şeirlərindən ibarət “Moskvalı Azərbaycan şairləri” kitabını da rus dilli oxucularımıza təqdim edəcəyik”.
Moskva Şəhriyar Ədəbi Mədəni cəmiyyətinin sədri Vasif Məmmədov şairləri təbrik edərkən öz sevincini gizlətmədi: “Literaturnaya qazeta”da dərc olunan şairlərin səkkiz nəfəri bizim cəmiyyətin üzvüdür. Onların bu uğuruna ürəkdən sevinir, hər birinə, xüsusən də gənc yazarlara gələcəkdə daha böyük müvəffəqiyyətlər arzu edirəm!”
Şair Nəsib Nəbioğlu, şeirləri Azərbaycan dilindən rus dilinə çevirən bütün tərcüməçilərə, ələlxüsus da gənc qızlarımıza: şair-tərcüməçi Leyla Şəkiliyə və jurnalist, şair, tərcüməçi Nilufər Şıxlıya öz dərin minnətdarlığını bildirdi: “May ayında Azərbaycan yazarlar birliyinin sədri Xalq yazıçısı hörmətli Anar müəllim Moskvaya səfər edəcək. Məncə, yazarlarımızın və gənc tərcüməçilərimizin bu müvəffəqiyyətli işi onun gəlişinə ən yaxşı hədiyyədir!”
İclasda şair Sultan Mərzili, Əşrəf Hüseynli, Afaq Şıxlı, Yaşar Süleymanlı, Abbas Alıyev çıxış edərək, Rusiyada Ədəbiyyat ili kimi qeyd olunan 2015-ci ilin onlar üçün də müvəffəqiyyətli olduğunu qeyd ediblər. Müxtəlif maraqlı təkliflər irəli sürən yazarlar, bu vaxta kimi hələ Azərbaycan Yazarlar birliyinin Moskva bölməsinin öz qərargahının olmamasından narahat olduqlarını bildirdilər. Onlar, bu yöndə bir işlər görülməsinin çox vacib olduğunu söyləyiblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info