Tarixin gedişini dəyişən dahi şəxsiyyət
Tarix: 13.04.2015 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsi tələbələrinin iştirakı ilə “Tarixin gedişini dəyişən dahi şəxsiyyət” mövzusunda açıq dərs keçirilib.
Sosial idarəetmə və hüquq fakültəsinin dekanı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Qərib Allahverdiyevin mövzu ətrafında məruzəsi dinlənilib. Açıq dərsdə, tariximizin yaddaşına dahi rəhbər, dünyaşöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu, Azərbaycan diasporunun yaradıcısı, sülhün müdafiəçisi, həyatı və əməlləri ilə nəsillərə örnək olan ümummilli lideri Heydər Əliyevin keçdiyi böyük, şərəfli tarixi yola nəzər salınıb, fenomen, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və rolundan bəhs edilib. Bildirilib ki, dahi rəhbər Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri vardır. Ümummilli liderin yüksək idarəçilik məharəti və böyük siyasi təcrübəsi sayəsində müstəqil, çiçəklənən və firavan Azərbaycanın təməli qoyulub. Ulu Öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Azərbaycan xalqı və dövlətinin gələcəyi üçün tarixi önəm kəsb edir.
Məruzəçi, müstəqilliyimizin təminatçısı dahi rəhbər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin dönməzliyi və əbədiliyinin təmin olunması uğrunda yorulmaz mübarizəsi, ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət qurulması istiqamətində həyata keçirdiyi islahatlar barədə danışıb. Vurğulanıb ki, böyük şəxsiyyətlər tarixin gedişinə güclü təsir göstərə bilirlər. Bu tarixin sınağından çıxmış bir həqiqət kimi real həyatda dəfələrlə öz təsdiqini tapıb. Məhz dahi Heydər Əliyev şəxsiyyəti də, Azərbaycan xalqının inkişaf tarixinə öz əbədi möhürünü vurub və həmin tarix yüksələn xətt üzrə bu gün də uğurla davam və inkişaf etdirilir.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeylə tanışlıq oub.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info