Belarusda “Azərbaycanda multikulturalizm” fənninin tədrisinə başlanılıb
Tarix: 13.04.2015 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin layihəsi çərçivəsində Belarus Respublikasında “Azərbaycanda multikulturalizm” fənninin tədrisinə başlanılıb.
Fevralın 21-dən bu kurs Belarus Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsinin müvafiq ixtisasında təhsil alan 1-ci kurs tələbələrinə tədris olunur. Kursu M.Tank adına Belarus Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən Bakı Slavyan Universiteti Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Eleonora Hüseynova aparır.
Tədris kursu tələbələrdə Azərbaycan Respublikasının multikulturalizm siyasətinin mahiyyəti, onun xüsusiyyətləri və bu siyasətin XX əsrin sonu – XXI əsrin əvvəllərində uğurla həyata keçirilməsi haqqında elmi cəhətdən əsaslandırılmış, sistemli təsəvvür yaranmasına imkan verəcək.
“Azərbaycanda multikulturalizm” kursunu Belarus, Azərbaycan, Rusiya, Çin Xalq Respublikası, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Tacikistan, Özbəkistan, Liviya, Mozambik, Nigeriya, Koreya Respublikası və Türkiyə vətəndaşları olan tələbələr dinləyirlər.
Məşğələlər bütün yaz semestri ərzində keçiriləcək.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info