Yəhudi Xəbərlər Agentliyi: “Azərbaycan burada yaşayan hər kəsin vətənidir”
Tarix: 13.04.2015 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında “Azərbaycan Prezidenti xalqın birliyi haqqında” sərlövhəli material yerləşdirilib. Materialda Azərbaycan dövlətinin başçısı İlham Əliyevin ölkənin pravoslav icmasına müraciətindən bu sözlər sitat gətirilir: “Yüksək mənəvi-əxlaqi dəyərlərin və tolerantlıq ənənələrinin qorunub saxlanıldığı Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri yüz illərdir ki, əmin-amanlıq şəraitində, qarşılıqlı hörmət və etimad mühitində vahid ailə kimi yaşayır, etnik-mədəni özünəməxsusluqlarını, dil və mədəniyyətlərini qoruyub saxlayırlar”.
Materialda daha sonra Azərbaycan dövlətinin başçısının həmin müraciətinə istinadən göstərilir ki, Azərbaycan, tarixən olduğu kimi, bu gün də dilindən, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq burada yaşayan hər kəsin vətənidir. Respublikada bütün milli və dini azlıqlar millətlərarası və dinlərarası münasibətlərə, vətəndaş cəmiyyəti quruculuğuna öz layiqli töhfələrini verərək, ictimai-siyasi və sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edirlər.
YXA bildirir ki, rəsmi məlumata görə hazırda Azərbaycanda milli və dini azlıqlar ölkə əhalisinin 10 faizindən azdır.
Lakin, tanınmış yəhudi tarixçisi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun aparıcı elmi işçisi Moşe Bekkerin Yəhudi Xəbərlər Agentliyinə müsahibəsində vurğuladığı kimi, “həm Azərbaycan dövləti, həm də Azərbaycan xalqı yəhudilərə, ruslara, talışlara, tatarlara və Azərbaycanda yaşayan digər azsaylı xalqlara hörmət və qayğı ilə yanaşır. Bircə nümunə göstərim – hər bir xalqın mədəniyyətinin özəyi, mənəvi və dini dəyərlərin daşıyıcısı olan milli dillər. Azərbaycan Respublikasının Konstitusiyasına görə, dövlət ölkədəki azsaylı xalqların nümayəndələrinin danışdığı dillərdən sərbəst istifadə olunmasını və inkişafını təmin edir.
Azərbaycanın hər bir vətəndaşı öz ana dilindən istifadə etmək, həmin dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququna malikdir”.
Avropa Şurasının İrqçiliyə və dözülməzliyə qarşı mübarizə üzrə Komissiyasının məruzəsində göstərilən məlumatlara görə, Azərbaycanda yaşayan milli azlıqların yığcam şəkildə yaşadığı regionlarda həmin azlıqların dilləri dövlət məktəblərində öyrədilir. Moşe Bekker YXA-ya müsahibəsində qeyd edib ki, Azərbaycanda yəhudi məktəbləri də vardır.
Moşe Bekker deyib: “Qanunauyğun haldır ki, Azərbaycanda yaşayan azsaylı xalqlar dövlət yaradan etnosla bərabər hüquq və vəzifələrə malik olmaqla, özlərini xalqların böyük və səmimi ailəsinin ayrılmaz hissəsi kimi hiss edirlər”.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq
25.05.2019
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info