Britaniyada 50 məktəb ekstremizmin təbliğatında şübhəli bilinir
Tarix: 13.04.2015 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında 50 məktəbdə antibritaniya dəyərlərinin və ekstremist təbliğatın aparılması ehtimalı ilə araşdırma başlayıb.
“The Telegraph” qəzetinin verdiyi məlumata görə, krallığın Təhsil Nazirliyinin apardığı yoxlamalar zamanı məlum olub ki, əsası ekstremistlər tərəfindən qoyulan məktəblər bütün ölkədə, xüsusilə də Luton, Birminqem və London şəhərlərində yayılıb.
Söhbət alternativ təhsil proqramı təklif edən və dövlət standartlarına cavab verməyən özəl məktəblərdən gedir. Britaniya hökumətindəki mənbələr qəzetə bildirib ki, radikallaşmaya evdə təhsil alan uşaqlar da məruz qala bilər. Daha çox əslən Somali, Banqladeş və Pakistandan olan məktəblilər risk qruplarından hesab olunur.
Xatırladaq ki, bu il Londonun Tauer-Hamlets rayonunda “Siddeeq” Akademiyası bağlanılıb. Həmin təhsil müəssisəsinin rəhbəri ekstremist fəaliyyətə görə məhkum olunmuş islamçı Mizanur Rəhman idi. M.Rəhman ötən ilin sonunda Pakistanda 130 tələbəni öldürmüş taliblər barədə danışarkən demişdi ki, taliblər haqsız yerə “şeytan” kimi qələmə verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Tramp Makronu hədəfə aldı: “ABŞ gəlməsəydi artıq Parisdə almanca öyrənməyə başlamışdınız”
13.11.2018
Litvada prezident seçkiləri kampaniyası başlanıb
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info