Lourens Kotlikoff: “ABŞ-ın borcları düşünüldüyündən çoxdur”
Tarix: 13.04.2015 | Saat: 22:03:00 | E-mail | Çapa göndər




ABŞ-ın sonuncu prezidentləri özlərinin uğursuzluqları barədə danışılanda, ən çox, ölkənin uzunmüddətli borclarının öhdəsindən gələ bilmədiklərinə görə narahatdırlar. Bu barədə “pravda.ru” yazır.
Konqresin var gücü ilə bu borc problemini həll etməyə çalışmasına baxmayaraq, borcların artması Amerika üçün mühüm problem kimi qalmaqda davam edir: “Ölkə iqtisadiyyatına böyük resessiya zərbə vuranda, federal borclar Ümum Daxili Məhsulun 40 faizinə bərabər olmuşdu. Amma resessiya ilə mübarizə aparan Konqres, iqtisadiyyatın 800 milyard dollarlıq stimullaşdırılması üçün qanun layihəsi qəbul etdi. Xərclərin artması, borclar və vergi siyasəti ilə bərabər, iş o yerə gətirdi ki, il ərzində ölkə dollar defisiti şəklində trilyonlara “nail oldu”.
Nəticədə, 2013-cü ildə borclar ÜDM-nin 78 faizinə bərabər oldu. Bu isə böhranaqədərki borc səviyyəsini demək olar ki, iki dəfə ötüb keçmək demək idi. Hazırda illik defisit yaxşı templə azalmaqdadır, amma 2016-cı ilə qədər borc yenidən artmağa başlayacaq. 2020-ci ilə qədər isə alternativ maliyyə ssenariləri ilə ölkə yenidən illik defisiti trilyon dollardan çox olan duruma qayıdacaq.
Proqnozlara görə, 2039-cu ildə ölkənin borcları ÜDM-nin 100 faizini də ötüb keçəcək.
Senatın büdcə komitəsində az öncə çıxış edən Boston Universitetinin iqtisadçısı Lourens Kotlikoff deyib ki, ABŞ-ın borcları ilə bağlı işlədilən bütün terminlər əslində real situasiya ilə adekvat deyil: “ABŞ-ın federal maliyyə vəziyyəti proqnozlardan və qiymətləndirmələrdən daha da pis durumdadır.

“Federal hökumət cəmiyyətə ölkənin həqiqi maliyyə durumunu anlamağa yardım etməlidir”

Məsələ ondadır ki, borcların qiymətləndirilməsi hökumətin sosial təminat və “Medicare”(tibbi təminat), həmçinin borc faizlərini nəzərə almadan edilib. Ekspert təsdiq edir ki, federal hökumət cəmiyyətə ölkənin həqiqi maliyyə durumunu anlamağa yardım etməlidir.
Rəsmi məlumatlara görə, dövlət borcu 2014-cü ildə 13 trilyon dollardan bir az kəm olub.
Kotlikoff onu da hesablayıb ki, büdcə vəsaitlərinin defisiti bütün gələcək gəlirlərin 58 faizi civarındadır: “Belə olduğu halda, ABŞ xərcləri azaltmalı, vergiləri artırmalıdır ki, heç olmasa 58 faizlik kəsiri kompensasiya etsin. Bu, heç olmasa, indi yardım alanların maraqlarını təmin etmək üçün ödəmə qabiliyyətini bərpa etməyə lazımdır. Halbuki ABŞ-da fiskal kəsir təhdidedici bir sürətlə artmaqdadır”.
Yazıda o da qeyd edilir ki, Konqresin hesablamasına görə, ABŞ-ın iqtisadiyyatında böyük borc dəliyi var. Büdcə kəsirinin tamhəcmli ölçülməsi zamanı bu dəliyin nəhayətsiz olduğu görünür: “Hazırda ABŞ qara maliyyə dəliyinə doğru hərəkət edir”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info