Birinci informasiya: “Ermənistanda böhran qurtarıb, indi fəlakət dövrü başlayıb”
Tarix: 13.04.2015 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


“Heç kim Ermənistana investisiya yatırmaq istəmir. 2015-ci ildə Ermənistan iqtisadiyyatında 10 faizlik azalma, 8 faizlik inflyasiya olacaq”

Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkənin əsas bankının valyuta ehtiyatı ötən ilin dekabr ayında 750 milyon dollar azalıb. Ekspertin fikrincə, Ermənistandakı çox pis iqtisadi vəziyyət təkcə Rusiyaya tətbiq edilən sanksiya nəticəsində yaranmayıb:
“Ermənistandakı iqtisadi kollapsın əsas səbəblərindən biri biabırçı səviyyədə olan korrupsiya, monopoliya və xəstə iqtisadiyyatdır. Mən 2015-ci ildə Ermənistan iqtisadiyyatında 10 faizlik azalma, 8 faizlik inflyasiya olacağını proqnozlaşdırıram. Ölkədə yoxsulluq ötən ilə nisbətən 5 faiz artaraq 33 faizə yüksəlib, Azərbaycanda isə yoxsulluğun səviyyəsi 5 faizə qədər aşağı düşüb. Ermənistan investisiya sferasında da böyük təhlükə ilə üz-üzədir. Heç kim Ermənistana investisiya yatırmaq istəmir. Ermənistan özü də aktivlərini Gürcüstana yönəltməyə üstünlük verir. Heç kim bu ölkəyə sərmayə qoymaq haqqında düşünmədiyi halda, Ermənistan Rusiya və Azərbaycandan sonra Gürcüstana ən çox sərmayə yatıran üçüncü MDB ölkəsidir. Ermənistanın siyasi elitası, hökumət Gürcüstana investisiya yatırmağa həvəslidir. Bu ölkədə investisiya cəlb edilməsi üçün münbit şərait yaradılıb. Əgər vəziyyət belə davam edərsə, Ermənistan iqtisadiyyatı və investisiya sahəsi ilə bağlı müsbət heç bir dəyişiklik baş verməyəcək. Hökumət ölkədəki iqtisadi vəziyyətin düzəlməsi üçün heç bir addım atmır.

“Ölkədə yoxsulluq ötən ilə nisbətən 5 faiz artaraq 33 faizə yüksəlib, Azərbaycanda isə yoxsulluğun səviyyəsi 5 faizə qədər aşağı düşüb”

Hökumət iqtisadiyyata yanaşmasını, prinsiplərini dəyişməlidir. 2014-cü ilin dekabr ayında dramın 14.1 faiz dəyərdən düşməsi nəticəsində Mərkəzi Bank 750 milyon dollar, cari ilin ilk iki ayında isə 220 milyon dollar itirib. Vəziyyətin belə davam etməsi ölkənin valyuta kursunu ciddi təhdid qarşısında qoymaqla yanaşı, təhlükəli iqtisadi silkələnmələrə səbəb ola bilər”. Ermənistandakı real iqtisadi vəziyyəti İrəvandakı mərkəzi stadionun yaxınlığında yerləşən köhnə əşyaların satıldığı məkan da təsdiqləyir. “Birinci İnformasiya”nın həmin məkandan təqdim etdiyi reportajda qeyd edilir ki, satıcılar böhranın artıq çox keçdiyini, indi fəlakət dövrünün başladığını qeyd edirlər. “Ümumilikdə Ermənistanda alıcılıq səviyyəsi çox aşağı düşüb. Burada isə vəziyyət daha pisdir. Çünki biz burada köhnə əşyalar satırıq. Ölkədə satılan malları alacaq adam qalmayıb. Qalanlar da bizim satdıqlarımızı almır. Elə vaxtlar olur ki, günlərlə burada dayansaq da, bir tikə çörəkpulu belə, qazana bilmirik”- deyə satıcılar sayta bildirib. Qeyd edilir ki, satıcıların əsasını təqaüdçülər təşkil edir. Aldıqları pensiya onları təmin etmədiyindən köhnə əşyalar satmaqla dolanmağa çalışırlar: “Burada satılan malların qiyməti 10 dramdan başlayaraq 4 min drama qədər yüksəlir. Satıcılar bildirir ki, iki il əvvələ kimi alver edib, dolanışıq üçün ərzaq ala bilirdilər. Amma indi ölkədə mal alan insanların sayı azalıb. Bunun də əsas səbəbi kütləvi miqrasiyadır”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info