Valentin Xristov Avropa çempionu olub
Tarix: 13.04.2015 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


“Məqsədimiz Azərbaycan bayrağını dünya birinciliyində yüksəltməkdir”
Azərbaycanın ağırlıqqaldırma üzrə atleti Valentin Xristov Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib olub. Valentin Xristov 62 kiloqram çəki dərəcəsində A qrupunda mübarizə aparıb.
O, birdən ağırlıq qaldırmada əvvəlcə 133, sonra isə 135 kiloqramı asanlıqla başı üzərinə qaldıraraq turnir cədvəlinə başçılıq edib. Atletimiz təkanla ağırlıq qaldırmada ilk cəhddə 160 kiloqramın öhdəsindən də asanlıqla gəlib. Bu çəki onun üçün həlledici olub. Valentin Xristov həm birdən ağırlıqqaldırma, həm də təkanla ağırlıqqaldırmada birinci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qeyd edək ki, çempionat aprelin 18-dək davam edəcək. Xristovdan fərqli, Elmar Alıyev ümidləri doğrultmayıb. 56 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz birdən qaldırma hərəkətində ilk olaraq 107 kq-ın öhdəsindən gəlib. Təəssüf ki, 111 kq üçün sonrakı iki cəhdi uğursuz olub və o, bu hərəkətdə 9-cu yeri tutub. Atletimiz təkanla qaldırma hərəkətində də eyni ssenari ilə çıxış edib. Elmar ilk yanaşmasında 137 kq-ı ram edib. Sonrakı cəhdlərində isə əvvəlcə 142 kq, sonra isə 143 kq-lıq ştanqın öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, Alıyev bu hərəkətdə Avropanın 4-cü olmağı bacarıb. Toplamda 244 kq nəticə göstərən Elmar yekun sıralamada 10 idmançı arasında 7-ci yeri tutub. V.Xristov qələbə sevincini AZƏRTAC-a bölüşüb: “Avropa çempionu olmaq mənim çoxdankı arzum idi. Bu gün Azərbaycan bayrağını qaldırmaqla mən bu arzuma çatdım. Lakin işimiz bununla yekunlaşmır. Bizi qarşıda daha böyük və çətin sınaq gözləyir. Təqribən 6 aydan sonra Hyustonda ağırlıqqaldırma üzrə dünya çempionatı keçiriləcək. İndi əsas məqsədimiz həmin çempionatda uğurla çıxış edərək, dünya çempionu adını qazanmaqdır. İnanıram ki, biz buna da nail olacağıq”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info