Stiven Koen: “Amerikalı konqresmenlərin bəyanatları faktlara əsaslanmır”
Tarix: 14.04.2015 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


“Yunanıstan Rusiya və Çinə tərəf meyil etsə bu, Amerika Birləşmiş Ştatlarının qitəyə nəzarəti itirməsinə gətirib çıxaracaq”

Avropada siyasi vəziyyət çox gərgindir. Geosiyasi dəyişikliklər qitədə güc balansını poza bilər. Amerikalı siyasətçi Pol Kreyq Roberts vəziyyəti dəyərləndirərkən qeyd edir ki, əgər Yunanıstan parlamenti Avropa İttifaqına alternativ olaraq Rusiyanı seçməyə cəsarət edərsə, bu təcrübədən İspaniya və İtaliya da yararlana bilərlər. Bu isə Avropada ABŞ hegemonluğunun sonu ola bilər.
O, bir daha xatırladır ki, Yunanıstanın hakimiyyət orqanları Rusiya və Çinə tərəf meyl etsə bu, Amerika Birləşmiş Ştatlarının qitəyə nəzarəti itirməsinə gətirib çıxaracaq. Robertsə görə, Birləşmiş Ştatların təkəbbürü milyonlarla insan üçün təhlükə, eyni zamanda, XXI əsrdə Avropa dövlətləri üçün vassallıq siyasətinin vizit kartıdır: “XXI əsrdə Vaşinqton tərəfindən ağlagəlməz sayda insan öldürülməsi “terrorizmlə mübarizə”nin ayağına yazılır. Əslində “terrorizmlə mübarizə” ABŞ-ın dünya heğemonluğunu istəyən Amerika neomühafizəkarları tərəfindən ortaya atılan uydurmadır. Bəşəriyyətin ümidi artıq Qərbdə deyil”. Politoloq hesab edir ki, Avropa İttifaqı və ABŞ tərəfindən qarət olunan Cənubi Avropa dövlətləri qaranlıq perspektivi olan və onların suverenliyinin məhvi üçün yaradılan Avropa İttifaqı sistemini təcili şəkildə tərk etməlidir.

“Vaşinqton tərəfindən ağlagəlməz sayda insan öldürülməsi “terrorizmlə mübarizə”nin ayağına yazılır. Əslində “terrorizmlə mübarizə” ABŞ-ın dünya heğemonluğunu istəyən Amerika neomühafizəkarları tərəfindən ortaya atılan uydurmadır”

Ekspert yazır ki, Yunanıstan dövlətinin belə bir qərar qəbul etməsi və İtaliya ilə İspaniyanın da ondan nümunə götürməsi başa düşüləndir. “Güclü Rusiya və Çin indi Avropa İttifaqına alternativ kimi çıxış edir” deyən amerikalı siyasətçiyə görə, Avropa ölkələrindən fərqli olaraq Rusiya və Çini müflis olmaq təhlükəsi gözləmir: “Ancaq Cənubi Avropa ölkələri olmasa, NATO yox olmağa üz tutacaq, Zbiqnev Bjezinskinin ABŞ-ın Avrasiyada heğemonlugu ilə bağlı doktrinası heç olacaq”. Roberts əminliklə iddia edir ki, NATO olmadan ABŞ-ın beynəlxalq ictimaiyyət adından istifadə etməsi saxta olacaq. Qeyd edək ki, başqa bir amerikalı siyasətçi Stiven Koen də Avropanın rifahının Rusiya ilə əməkdaşlıq etmədən mümkün olmayacağını açıqlayıb. O, hazırda bir çox Avropa ölkəsinin Vaşinqtonun Ukrayna böhranına görə tətbiq etdiyi dəhşətli səhvi düzəltməyə çalışdığını bildirib. Yunanıstanın Rusiya ilə yaxınlaşmasını qısqanclıqla qarşılayan ABŞ KİV-lərinə istinad edən Priston Universitetinin professoru bildirir ki, indi amerikalı oxucuda məntiqi bir sual yaranır: “Əgər, Qərbin tətbiq etdiyi qadağalar bu qədər uğurlu idisə, Rusiya iqtisadiyyatı dağılıbsa, onda Rusiyada bu qədər pul haradandır?”. Yunanıstan və Kipri Rusiya ilə sıx mədəni əlaqələr birləşdirsə də, Moskvada dövlət başçılarının görüşündə əsas motiv iqtisadi məsələ idi”. Koenə görə, Rusiya ilə əməkdaşlıq etmədən Avropa iqtisadiyyatını inkişaf etdirmək mümkün deyil: “Avropa artıq anlayır ki, Rusiyaya qarşı tətbiq edilmiş qadağalar bir növ Avropanın özünə qarşı yönəlmiş qadağadır. Əlbəttə, bu, daha çox Amerika elitasını narahat etməlidir ki, Rusiyaya qarşı tətbiq edilmiş qadağalar Avropa İttifaqında parçalanmaya gətirib çıxarır”. Professor Stiven Koenin sözlərinə görə, amerikalı konqresmenlərin NATO və ya mediadakı ölkə siyasi elitasının mövqeyi kimi təqdim edilən çoxsaylı bəyanatları faktlara əsaslanmayaraq, onların şəxsi fikirləridir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info