Arzu Nağıyev: “Bütün cəhdlərə baxmayaraq, təhdidlərin qarşısı alınır”
Tarix: 14.04.2015 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Azərbaycanın gündən-günə inkişafı və burada keçirilən beynəlxalq tədbirlər bəzi daxili və xarici qüvvələri narahat edir. Buna görədir ki, onlar ölkəmizə qarşı müxtəlif formalarda çirkin kampaniyalar aparırlar. Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında İlham Əliyev bu məsələyə də toxunub. Dövlət başçısı bildirib ki, antiazərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir: “Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər.
Ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə bilməz. Ölkəmizdən kənarda Azərbaycanın nüfuzu, beynəlxalq imici haqqında indi mən qısa da olsa çox dəqiq dəlillərlə öz fikirlərimi bildirdim. Ölkə daxilində də vəziyyət hamının gözü qabağındadır. Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz. Azərbaycan inamla inkişaf edir”.
Bu səylərin davam edəcəyini deyən Prezident uğurlarımızı həzm edə bilməyən dairələrin əlbəttə ki, bizdən əl çəkməyəcəklərini vurğulayıb: “Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik. Ölkəmizin beynəlxalq nüfuzu gündən-günə artır. Azərbaycan dünya birliyinin etibarlı, dəyərli üzvüdür. Bütün həmkarlarımla keçirilən görüşlərdə Azərbaycana böyük hörmət müşahidə olunur. Azərbaycanda gedən işlər dünya birliyi tərəfindən izlənilir və böyük təqdirlə qarşılanır. Bizim xarici siyasətimiz çox fəaldır, çevikdir, milli maraqlar üzərində qurulubdur və milli maraqlar bizim üçün ən prioritet məsələdir. Yəqin ki, buna görə Azərbaycan son illər ərzində bütün bölgədə yaşanan böhranlardan, əgər belə demək mümkündürsə, itkisiz çıxıbdır və şərəflə öz siyasətini aparır. Biz heç kimin təhriki ilə addımlar atmırıq, düşünülmüş addımlar atırıq. Əgər o addımlar milli maraqlara uyğundursa biz bunu edirik, deyilsə biz bunu etmirik. Elə bir qüvvə yoxdur ki, bizi nəyəsə məcbur edə bilsin, yaxud da bizi hansısa kampaniyalara cəlb etsin ki, bu da bizim maraqlarımıza uyğun olmasın”.
TREND-in baş direktorunun müavini, siyasi ekspert Arzu Nağıyev “Palitra”ya açıqlamasında Prezident İlham Əliyevin bu çıxışında həm xaricı, həm də daxili təhdidləri nəzərdə tutduğunu dedi: “Məlumdur ki, Azərbaycan MDB məkanında ən tolerant dövlətdir desək, yanılmarıq. Təhdidlərdən biri məhz dini ekstremizm və radikallıqla bağlıdır. Və bütün cəhdlərə baxmayaraq, bu təhdidlərin qarşısı alınır. İkincisi, Azərbaycanın beynəlxalq nüfuzlu meqaproyektlərə qoşulmasıdır və bu da bir sıra dövlətləri və dairələri qıcıqlandırır. Buna misal olaraq Bakı-Tbilisi Qars, TANAP və s. misal gətirmək olar. Üçüncüsü, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi ilə bağlıdır. Bu beynəlxalq səviyyəli tədbir Azərbaycanın dünyada daha da tanınması, nüfuz qazanması deməkdir. Təbii ki, bununla da razılaşmayan qüvvələr həddən artıq çoxdur. Ən başlıcası isə Dağlıq Qarabağ münaqişəsinin dayanmamasını istəyən və güclənən ordunun öz qüvvəsi ilə problemi həll edə biləcəyi qorxusudur. Məhz bu səbəblərdən də antiazərbaycan qüvvələri istifadə etməyə cəhd edir”.
Təhdid cəhdlərinin ölkəmizə təsirinə gəlincə, A.Nağıyev bildirdi ki, iğtişaş yaratmaq üçün hansısa insan haqları ilə bağlı polemikalar aparmaq, mitinqlər keçirmək kifayət etməz: “Məlumdur ki, hər qurumun hər şeydən əvvəl öz məram və məqsədləri var. Kimsə qrant almaq fikrindədir, digərləri öz şəxsi maraqlarını, vergidən və digər qurumlardan gizlətdiyi gəliri ört - basdır etməyə çalışır, bəziləri bu yolla öz miqrasiya problemlərini həll edir. Bir sözlə, səbəb və məqsədsiz heç bir kampaniya aparılmır. Dağlıq Qarabağ, regional problemlər kontekstində bu kampaniyalara cəhd etmək özü düzgün addım sayıla bilməz və bu yolla hakimiyyət tərəfindən götürlən siyasi və iqtisadi kursa təsir etmək mümkün olan məsələ deyil”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info