SOCAR Tatarıstanın neft şirkətləri ilə əməkdaşlıq edəcək
Tarix: 14.04.2015 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SOCAR-dan verilən məlumata görə, R. Abdullayev Azərbaycanla Tatarıstanın bir-birinə dərin tarixi köklərlə bağlı olduğunu söyləyib, hər iki respublikada neft-qaz sənayesinin yüksək inkişaf etdiyini vurğulayıb. SOCAR prezidenti yeni neft strategiyası çərçivəsində həyata keçirilən qlobal və regional əhəmiyyətli enerji layihələri barədə ətraflı məlumat verib, həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyində ölkəmizin oynadığı mühüm roldan danışıb.
2013-cü ilin sonlarında R. Zaripovun Bakıya səfərini xatırladan R. Abdullayev həmin görüşdən sonra SOCAR-la Tatarıstanın neft sektoruna daxil olan iri müəssisə və şirkətlər arasında əməkdaşlığın daha da zənginləşdiyini qeyd edib. R. Zaripov Tatarıstanın neft-qaz sənayesinin yaradılmasında və sonrakı inkişafında Azərbaycan mütəxəssislərinin rolunu yüksək qiymətləndirib, Tatarıstan iqtisadiyyatında mühüm yer tutan neft-qaz sənayesinin SOCAR-ın müxtəlif idarə və müəssisələri ilə tarixən mövcud olmuş dərin əməkdaşlıq əlaqələrinin bərpa edilməsində və genişləndirilməsində maraqlı olduğunu söyləyib. “Tatneftkimyainvestisiya” Holdinqinin, “Buqulma” elektrik nasosları zavodunun, neft-qaz maşınqayırma sektorunda lider olan QMS qrupunun nümayəndələri Tatarıstanın neft hasilatı, emal və neft-kimya sənayesinin bugünkü vəziyyəti, eləcə də SOCAR-la mümkün əməkdaşlıq perspektivləri haqqında geniş təqdimatlarla çıxış ediblər.
R. Abdullayev şirkətin, Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi, Sumqayıt Kimya Texnoparkı, “Polimer” zavodunun inşa edilməsi və digər iritutumlu layihələrindən ətraflı bəhs edərək, Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını vurğulayıb və Tatarıstan şirkətləri ilə səmərəli əməkdaşlıq üçün hər cür şəraitin olduğunu bildirib. Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib
22.02.2019
“KOB Dostu” artıq Abşeronda
22.02.2019
Bu il ilk dəfə Beyləqanda innovativ texnologiya ilə pambıq becəriləcək
22.02.2019
Lənkəranda güzəştli kreditlərdən istifadə edilməklə sitrus bağçılıq təsərrüfatları yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info