Rəhilə Quliyeva: “Türk-slavyan əlaqələri gələcək tədqiqatlarda öz davamını tapacaq”
Tarix: 14.04.2015 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Müsahibimiz Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, BSU-nun “Türk-Slavyan əlaqələri” elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru, professor Quliyeva Rəhilə Hüseyn qızıdır.
- Rəhilə xanım, laboratoriyanın yaranma tarixi haqqında nə deyə bilərsiniz?
- “Türk-Slavyan əlaqələri” elmi-tədqiqat laboratoriyası 23 fevral 2001-ci il tarixdə (23.01.2001-ci il 59 saylı protokol əsasında) Bakı Slavyan Universiteti rektorunun təşəbbüsü ilə yaradılıb. Laboratoriyanın işində dil və ədəbiyyat məsələləri ilə yanaşı, həm də avrasiyaçılığın tarix və mədəniyyətini əhatə edən mədəni fenomen əsas yer tutur.
- Laboratoriyada çalışan elmi işçilərin elmi-tədqiqatları hansı istiqamətdə aparılır?
- Tədqiqatlarımız avrasiyaşünaslıqla əlaqədar mövcud məlumatın sistemləşdirilməsi, xüsusən də Azərbaycanla əlaqədar olan konkret türk-slavyan problemlərinin seçilməsi ilə əlaqədardır. Müasir mərhələdə türk-slavyan tədqiqatları ilə bağlı problemlərin həlli yollarının perspektivi müəyyənləşdirilir. Məsələn, avrasiyaşünaslıq kontekstində əsasını İran və Turandan götürən, Avropa dualizminin mənbələri və genezisindən söhbət gedir. L.Qumilyovun əsərləri, daha geniş kontekstdə isə Mirça Eliadenin əsərləri də müzakirə edilir. Burada mədəni məkanın vahidliyi nəzərə çarpdırılır. Avrasiya və dünya mədəniyyətinin tərkib hissəsi kimi türk mədəniyyəti problemlərinin tədqiqi də əsas istiqamətlərdən biridir.
- Elmi işçilərin beynəlxalq əlaqələrdə rolu, laboratoriyanın elmi fəaliyyət göstərən kafedralarla əlaqəsi haqqında nə deyə bilərsiniz?
- BSU-nun elmi-tədqiqat işinin koordinasiyası üçün və kafedralarla elmi-tədqiqat laboratoriyaları arasında qarşılıqlı əlaqələr yaratmaq məqsədilə, nəzəri seminarlara «Lüğət mərkəzi»nin elmi işçisi f.e.n. Arzu Hüseynova və Azərbaycan ədəbiyyatı kafedrasının professorları - Məmmədov Nizami, Rüstəm Kamal, Novruzova Nuridə və b. cəlb edilib.
- Laboratoriyada çalışan əməkdaşların elmi dissertasiya üzərində işləmə prosesləri necə aparılır?
- Laboratoriyanın fəaliyyəti dövründə əməkdaşlarımızdan Aytən Kazımova (2002-ci il), Yalçın Yunusov (2005), Fərəh Cəlil (2007), Minəxanım Gözəlova (2009) və Vəfa Həsənova (2011) müvəffəqiyyətlə namizədlik dissertasiyalarını müdafiə ediblər. Bundan əlavə, Fərəh Cəlilin doktorluq dissertasiyasının müzakirəsi keçirilib.
- Laboratoriyanın fəaliyyətində elmi-metodik seminarların rolu barədə nə deyərdiniz?
- Elmi-metodik seminarlar laboratoriyanın iş istiqamətləri ilə bağlı yeni tədqiqat və ixtiralarla əməkdaşları tanış etmək üçün təşkil olunub. Bu seminarların 2001-ci ildən bu dövrə qədər laboratoriyanın formalaşmasında və inkişafında böyük rolu var. Sonradan bu seminarlar universitetin bütün strukturlarında ənənəvi hala çevrildi.
- Türk-slavyan əlaqələri kontekstində aparılan işlər barədə nə deyə bilərsiniz?
- Türk-slavyan əlaqələri ən qədim dövrdən ənənəvi hal alsa da, müasir dünyada gedən qloballaşma şəraitində yeni aspektlər və kontekstlər ortaya çıxır. Bu baxımdan, milli özünəməxsusluq, mədəniyyətlərarası tipoloji və qarşılıqlı əlaqələr şəraitində yeni problemlər, onların öyrənilməsi və həlli elmi-tədqiqatlara təkan verir.
- Laboratoriyanın gələcək fəaliyyəti haqqında nə düşünürsünüz?
- Laboratoriya əməkdaşları müxtəlif kafedralarda fəaliyyət göstərir və tədris prosesində elmi nailiyyətlərini reallaşdırır. Eyni zamanda, magistrlərin təcrübəsi də bilavasitə bizim laboratoriyada keçirilməsini nəzərə alaraq, gələcək fəaliyyətimizin tədris prosesi ilə daha sıx bağlanması səmərəli olardı. Çünki laboratoriya əməkdaşları hər il bir çox beynəlxalq konfranslarda iştirak edərək, elmin yeni zirvələrindən məlumatlanır və bəhrələnir. Bunu da tələbələrə çatdırmaq bizim borcumuzdur. Ümid edirəm ki, türk-slavyan əlaqələri problemləri dissertasiya mövzusu kimi, gələcək tədqiqatlarda öz davamını tapacaq.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info