İş adamlarımız Tatarıstana dəvət edilib
Tarix: 14.04.2015 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Ravil Zaripov: “Azərbaycanın
iqtisadi inkişafı əməkdaşlığın dərinləşdirilməsi üçün böyük
imkanlar yaradır”


Rusiya Federasiyasının Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov dünən Azərbaycan Respublikasına işgüzar səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Rüstəm Minnixanovu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, Tatarıstan Respublikasının rəhbərinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes-forumu
keçirilib.

Tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev yüksək tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişaf etdiyini, bu əməkdaşlığın Rusiyanın federal subyektləri ilə də həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan ortaq din, mədəniyyət və ənənələrə malik Tatarıstan ilə müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Tatarıstan nümayəndə heyətinin Azərbaycana bu səfəri də əməkdaşlığın inkişafına, iqtisadi əlaqələrin daha genişlənməsinə öz töhfəsini verəcək. Sabah (bu gün-red.) Gəncə avtomobil zavodunda "KamAZ" markalı yük maşınlarının yığılması üzrə konveyerin istifadəyə verilməsi Azərbaycan və Tatarıstan arasında əlaqələrin uğurlu inkişafının daha bir göstəricisidir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Ş.Mustafayev neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və s. sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov Rusiyanın digər subyektləri kimi, Tatarıstan da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, ölkəmizdəki iqtisadi inkişafın əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaratdığını ifadə edib. R. Zaripov Tatarıstan iqtisadiyyatı barədə məlumat verərək, Tatarıstanın Rusiya Federasiyasının sürətlə inkişaf edən bölgələrindən olduğunu qeyd edib, keçirilən biznes forumun iş adamları arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlığın qurulmasında əhəmiyyətli olacağını vurğulayıb, Azərbaycan iş adamlarını Tatarıstana dəvət edib. Tədbirdə iştirak edən Azərbaycan və Tatarıstan şirkətləri fəaliyyətləri barədə məlumat verib, Azərbaycan və Tatarıstan arasında əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info