Səbail rayonunda yeni iş yerləri açılıb
Tarix: 14.04.2015 | Saat: 01:39:00 | E-mail | Çapa göndər


2015-ci ilin ilk 3 ayının sosial-iqtisadi inkişafının yekunları Səbail Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ölkə başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, 3 ay ərzində ölkəmiz dinamik inkişaf edib, ümumi daxili məhsul 5 faizdən çox artıb, qeyri-neft sektorunda inkişaf 7 faiz, sənaye istehsalı 4 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox, əhalinin pul gəlirləri 5,3 faiz artıb. Birinci rübdə 30 minə yaxın yeni iş yeri açılıb, 20-dən çox tibb müəssisəsi tikilib və ya təmir olunur. Ölkədəki iqtisadi inkişaf Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Hesabat dövründə Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 3 milyard 479,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Nəqliyyat müəssisələri tərəfindən 122,8 milyon manatlıq nəqliyyat xidmətləri göstərilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23,8 faiz çoxdur. Rabitə müəssisələri tərəfindən 35 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox xidmət göstərilib.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 729,1 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz çoxdur. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 123,6 milyon manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işləri 80.2 faiz çoxdur.
Yanvar-mart aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 57,4 milyon manat məbləğində və ya ötən ilin eyni dövründən 22,9 faiz çox istehlak malları satılıb. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 68,7 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da əvvəlki ilin yanvar-mart aylarından 2,9 faiz çoxdur. 2015-ci ilin yanvar-mart ayları ərzində əhaliyə 19.2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 29.6 faiz çox iaşə xidmətləri göstərilib.
2015-ci ilin yanvar-fevral ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 110884 nəfər, orta aylıq əməkhaqqının məbləği isə 990.3 manat olub ki, bu da keçən illə müqayisədə 9.4 faiz çoxdur. 3 ay ərzində Səbail rayonu ərazisində 365 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir. Ümumilikdə 2003-cü ilin 01 oktyabr tarixindən 01.04.2015-ci il tarixinə kimi 42803 yeni iş yerləri acılıb ki, bunun da 41935-i daimi iş yerləridir.
Hesabat dövrü ərzində rayon ərazisində irimiqyaslı abadlıq quruculuq işləri aparılıb. Hazırda rayon ərazisində Su İdmanı sarayının, «Alov qüllələri» kompleksinin, Xəzər Waterfront istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni «İnterkontinental», «Dinamo» və «İnturist» mehmanxanalarının, Qurban Abbasov küçəsində İş mərkəzinin, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Ali Neft məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün daha bir yeni binanın, Badamdar qəsəbəsində Bakı Media Mərkəzinin, Müasir Avropa məktəbinin, yeni İdman Kompleksi və otel binasının, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri və yeraltı keçidin tikintisi, İncəsənət Muzeyinin əsaslı təmiri, ölkə başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət guşələrinin yaradılması, Neftçilər prospektində Bakı İdman Sarayının əsaslı təmiri davam edir.
Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Bu işlər çərçivəsində hesabat dövrü ərzində Ü.Hacıbəyov, Xaqani və Ə.Əlizadə küçələrində 9 ədəd, Zərifə Əliyeva küçəsində 2 ədəd, A.İsgəndərov küçəsində 2 ədəd, Bülbül prospektində 1 ədəd binaların üzlənməsi başa çatdırılıb, hazırda Neftçilər prospekti 129, Mətbuat prospekti 2, Zərifə Əliyeva küçəsi 20 ünvanlardakı yaşayış binalarının və Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam etdirilir. Badamdar şosesində 2,2 km məsafədə yolun 3 metrədək genişləndirilməsi, təmiri və asfaltlaşdırılması ilə bağlı işlər sona çatmaq üzrədir. 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində Su İdmanı Sarayının ətrafında mövcud fərdi yaşayış evlərin və qeyri-yaşayış və digər tikililərin köçürülməsi işləri davam etdirilib.
Hesabat dövrü ərzində Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Lermontov, Mehdi Hüseyn, Cəfərov qardaşları, Ü.Hacıbəyov, Rəsul Rza, Qoqol küçələrində səki kənarlarına yeni bordyurların qoyulması, səkilərin təmiri və dekorativ daş düzülməsi, küçələrə yeni asfalt qatı salınması işləri aparılıb.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilib. Belə ki, Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində, bir sıra binaların dam örtüyündə təmir işləri aparılıb, su və kanalizasiya xətləri dəyişdirilib, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülüb.
Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilir.
Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib.
2015-ci ilin 3 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ünvanlı sosial yardım almaq üçün 399 ailə (1167 ailə üzvü) müraciət edib, orta hesabla hər bir ailəyə 150,8 manat sosial yardım təyin olunub. Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13166 nəfər təqaüdçüyə 9.955,9 min manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib.
Səbail rayon Məşğulluq Mərkəzində ilin 3 ayı ərzində 235 nəfər iş axtaran vətəndaş daimi işlə təmin olunub, «Ərazi Məşğulluq Proqramı»na əsasən 16 nəfər iş axtaran vətəndaş üçün «Kompüterçi dizayner» və 12 nəfər üçün isə “Qənnadçı” peşə kursları açılıb. «Əmək yarmarkasında» 4 nəfər daimi işlə, 9 nəfər işsizlik müavinəti ilə təmin edilib. Hesabat dövründə Səbail Rrayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib. Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən “N” saylı hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırıb, incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti təşkil olunub. Bayram tədbirləri DİN Daxili Qoşunlarının Bərdə şəhərindəki hərbi hissəsində və Badamdar qəsəbəsində yerləşən hərbi hissələrdə də keçirilib.
Müxtəlif bayramlarla əlaqədar rayondakı aztəminatlı ailələrə bayram payları verilib, ümumilikdə isə 3 ay ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların, müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 6675 olub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info