Binəqədidə gənclərlə ağsaqqalların görüşü keçirilib
Tarix: 14.04.2015 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında Binəqədi rayon Ağsaqqallar Şurasının İdarə heyyəti ilə YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin nümayəndələrinin görüşü keçirilib. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən görüşdə həmçinin təhsil və digər sahələrdə fəallığı ilə seçilən Binəqədi rayon gəncləri də iştirak edib.
Tədbiri açıq elan edən Binəqədi rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Akif Rəfiyev gənclərə bu təşəbbüsdən, məhz ilk görüşlərini ağsaqqallarla keçirmək və onların tövsiyyələrini dinləmək istəmələrindən dolayı təşəkkür edib və bu formatda keçirilən görüşlərin önəmini xüsusi vurğulayıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təlimatçısı Rahil Şükürov Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı adından gənclərin təşəbbüsünə göstərdiyi dəstəyə görə Rayon Ağsaqqallar Şurasına minnnətdarlığını bildirib və bu formatda görüşlərin keçirilməsinin gələcəkdə də böyük fayda verə biləcəyini qeyd edib.
Öz növbəsində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin yeni seçilmiş sədri Mahmud Məmmədzadə gənclər adından rayon ağsaqqallarına təşəkkürlərini bildirib və hər zaman ağsaqqalların məsləhətlərinə, tövsiyyələrinə gənclərin böyük ehtiyacının olduğunu vurğulayıb. O, keçirilən ilk görüşün məhz rayon Ağsaqqallar Şurası ilə baş tutmasının əsas önəminin məhz gələcək əsas fəaliyyət istiqamətlərindən birinin də bu görüşdə gənclərə göstəriləcək istiqamətlərin olacağını vurğulayıb.
Daha sonra görüş qarşılıqlı müzakirələr şəklində davam edib, görüşdə cəmiyyətimizdə aktual olan problemlərə xüsusi toxunulub və bu problemlərin həllində ağsaqqalların eləcə də gənclərin üzərinə düşən vəzifələr barədə diskussiyalar aparılıb.
Görüşün sonunda gələcəkdə bu tipli görüşlərin daha intensiv keçirilməsi qərara alınıb.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Elçibəyin xanımının hüzr mərasimi Heydər Məscidində keçiriləcək
18.06.2019
CASCFEN sonuncu seminarını Sabunçu rayonunda keçirib
18.06.2019
“Azərxalça”nın Qazax, Tovuz və Şəmkir filiallarının xalçaları qəbul edilib
18.06.2019
Şamaxıda müharibə veteranlarının və əlillərin toplantısı olub
18.06.2019
IDEA ilə Ümumdünya Turizm Təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
2 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Çilidə güclü zəlzələ olub
5 Diaspor rəhbərinə Rusiya Prezidentinin fəxri fərmanı təqdim olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info