German Zaxaryayev: “Faşizm üzərində qələbə yəhudi xalqı üçün heç vaxt adi gün olmayacaq”
Tarix: 14.04.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Yəhudilərin dini təqviminə görə indi 5775-ci ildir. Bu günlərdə Böyük Vətən müharibəsində Qələbə Günü həmin təqvimə daxil edilib. Yəhudilərin dini təqvimində bu bayram “Nicat və Xilas Günü” adlanan bu bayram iyara ayının 26-da qeyd olunacaq (bu il həmin tarix mayın 15-nə təsadüf edir), çünki nasist Almaniyası məhz 5705-ci iyaranın 26-da və ya 1945-ci il mayın 9-da təslim olub. Bu bayram 70 il bundan əvvəl məhz həmin gündə yəhudilərin tarixində yeni dövrün başlanmasının – yəhudi xalqının nasizmdən xilas olmasının, dirçəliş yoluna qədəm qoymasının və tezliklə yenidən öz ölkəsinin sahibi olmasının rəmzidir. Bu təşəbbüsü əslən Azərbaycandan olan, məşhur Qırmızı Qəsəbədə anadan olmuş, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti German Zaxaryayev irəli sürüb. G.Zaxaryayev deyib: “Faşizm üzərində qələbə yəhudi xalqı üçün heç vaxt təqvimdə adi gün olmayacaq. Bu gün bizim xalqımız Qızıl Ordunun qələbəsi sayəsində yaşayır. Bu bayramın əsas mənası ondan ibarətdir ki, dünya xalqları faşizmin necə dəhşətli bəla olmasını və bu bəlaya kimin qalib gəldiyini və öz həyatları bahasına dünyanı nasizm vəbasından azad etmiş insanları unutmamalıdırlar. Təəssüf ki, müharibənin və faşizmin dəhşətlərini xatırlayan insanların sayı ilbəil azalır. Buna görə də firavan, tolerant Avropada bəzi adamlar nasist ideologiyasına tamamilə dözümlü münasibət bəsləməyə, onu keçmişin bir qalığı, adi siyasi cərəyanlardan biri hesab etməyə başlayıblar. Məhz biz – nümayəndələrinin yarısı faşistlər tərəfindən məhv edilmiş, altı milyon övladını əsir düşərgələrində və gettolarda itirmiş yəhudi xalqı dünyaya xatırlatmalıdır ki, faşizm - “Vaffen-SS” bayraqları altında yürüş keçirən və nəvələrinə özlərinin “bolşevizmə qarşı necə mübarizə aparmaları” barədə danışan gülməli qocalar deyil, faşizm - insana nifrət təbliğ edən ən dəhşətli ideologiyadır”. Rusiya Yəhudi Konqresinin vitse-prezidentinin fikrincə, təəssüf ki, bir azdan həmin müharibəni xatırlayan nəslin son nümayəndələri də dünyasını dəyişəcəklər. German Zaxaryayev vurğulayıb: “Böyük Vətən müharibəsi bizim uşaqlarımızın və nəvələrimizin nəzərində artıq adi tarixə çevriləcək. Lakin istər psevdo-elmi nəzəriyyələrə əsaslanaraq xalqımızı məhv edənləri, istərsə də bizim xalqımızı məhv olmaq təhlükəsindən xilas edənləri unutmağa bizim haqqımız yoxdur. Mən, əslən Azərbaycandan olan bir insan kimi, çox yaxşı bilirəm ki, Azərbaycan sakinlərinin orta hesabla hər beş nəfərindən biri əlinə silah götürərək Böyük Vətən müharibəsində vuruşub. 1941-ci ildə əhalisinin ümumi sayı 3,4 milyon olan Azərbaycandan 700 min nəfər cəbhəyə gedib. Azərbaycanın başlıca xidməti cəbhənin neftlə təchiz edilməsi olub. Müharibə illərində SSRİ-də istehsal edilən neftin və neft məhsullarının təqribən 80 faizini cəbhəyə göndərən Azərbaycan neftçiləri olub”. German Zaxaryayev bildirib ki, bu bayramın yəhudi təqviminə daxil edilməsində qarşıya çıxan əsas çətinlik İsrailin baş ravvinlərinin razılığını almaq idi. Yəhudilərin dini təqvimi əsrlər boyu dəyişməyib və aydın məsələdir ki, ona dəyişikliklər edilməsi demək olar ki, qeyri-mümkündür. Zaxaryayev deyib: “Mən çox yerlərə getməli, insanlarla görüşməli və bu günün mahiyyətini onlara izah etməli oldum. Ravvinlərdən başqa yəhudi veteran təşkilatları və İsrailin siyasi xadimləri də bizi dəstəklədilər. Qəribə də olsa, bu dəstək qeyd-şərtsiz oldu. Üstəlik, hamı təəccüblənirdi ki, nəyə görə bu məsələ indiyə qədər heç kəsin ağlına gəlməyib, axı, məqsəd aydındır - əcdadlarımızın xatirəsini qoruyub saxlamaq və gələcək nəsilləri tərbiyə etmək”. Qeyd etmək lazımdır ki, Böyük Vətən müharibəsində Qələbə Gününün yəhudilərin dini təqviminə daxil edilməsi ideyasını İsrailin baş ravvinlərinin hər ikisi - David Lau və İshaq Yosef, habelə israilli siyasətçilər – xarici işlər naziri Aviqdor Liberman və Knessetin spikeri Yuli Edelşteyn, Yəhudi Ravvinləri Konfransının prezidenti Pinxas Qoldşmidt başda olmaqla Avropanın baş ravvinləri, iri yəhudi qurumları – Rusiya Yəhudi Konqresi, Yad-Vaşem Muzeyi, Ümumdünya Sionizm Təşkilatı, İsrailin Veteranlar Təşkilatı və başqa qurumlar dəstəkləyiblər. Həmin bayram Knessetin iclasında rəsmən yəhudi təqviminə daxil edilib. German Zaxaryayev deyib: “Nicat və Xilas günü olan 26 iyara tarixi bundan sonra həmişə bütün dünya yəhudiləri tərəfindən yəhudilərin dini bayramı kimi qeyd ediləcək”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info