Baş Prokurorluğun nümayəndə heyəti Xorvatiyada olub
Tarix: 14.04.2015 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiya Respublikası Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə Departamentinin (USKOK) dəvəti ilə aprelin 8-dən 10-dək Xorvatiyada səfərdə olub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, səfər çərçivəsində Xorvatiya Respublikasının baş prokuroru Dinco Svitan, USKOK-un rəisi Tamara Laptos, eləcə də Ədliyyə Nazirliyinin, Korrupsiya və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Milli Polis Mərkəzinin məsul əməkdaşları ilə görüşlər keçirilib.
Tədbirlərdə Əli Nağıyev Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində kompleks, sistemli və ardıcıl islahatların həyata keçirildiyini, bu sahədə respublikamızın bir çox beynəlxalq təşkilatlar, ixtisaslaşmış qurumlarla ikitərəfli və çoxtərəfli müqavilələr əsasında qarşılıqlı və səmərəli əməkdaşlıq etdiyini, həmçinin korrupsiyaya qarşı qətiyyətli və səmərəli mübarizədə ölkəmizin öz müsbət təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Azərbaycan nümayəndə heyəti “USKOK-un strukturu və iş metodları barədə”, “Şikayətçilərin qorunması və yeni antikorrupsiya strategiyası” və “Xüsusi dəlillərin toplanmasında polisin fəaliyyət i” mövzusunda keçirilmiş konfranslarda fəal iştirak edib, mövzular ətrafında səmərəli fikir mübadiləsi aparıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info