“2015-ci ilin növbəti aylarında da iqtisadi hədəflərə nail olmaq mümkün olacaq”
Tarix: 14.04.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Vüqar Bayramov: “Prezidentin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət 2008-ci ildəki qlobal maliyyə böhranı zamanı olduğu kimi, indi də ölkə iqtisadiyyatını qlobal və regional böhranların təsirlərindən sığortalaya bilir”

Prezident İlham Əliyevin iştirakı ilə bu ilin birinci ilinin yekunları ilə bağlı keçirilən müşavirədən də bəlli olduğu kimi, bu ilin birinci rübünün iqtisadi və sosial yekunlarını kifayət qədər pozitiv qiymətləndirmək lazımdır. Məsələn, qeyri-neft sektorundakı artım tempi ümumi daxili məhsuldakı artım tempini 1,4 faiz üstələyib ki, bu da məhz iqtisadiyyatdakı inkişafın neftdən kənar sektorlar hesabına baş verdiyindən xəbər verir. Dünya iqtisadiyyatında və eləcə də region dövlətlərində müşahidə edilən iqtisadi çətinliklərə rəğmən Azərbaycan bu ilin ilk 3 ayında 5 faizlik iqtisadi artıma nail ola bildi. Bu ilin birinci rübündə müşahidə edilən iqtisadi artım tempinə görə ölkəmiz regionun əksər ölkələrini üstələyə bildi.
İlin iqtisadi yekunlarını qiymətləndirən zaman diqqət çəkən əsas məqam bu il neftin dünya bazarındakı qiymətinin azalması idi. Bu məsələ ilə bağlı bizə fikirlərini bildirən iqtisadçı ekspert Vüqar Bayramov qeyd etdi ki, ötən ilin avqust ayından başlayaraq neftin dünya bazarındakı qiymətində azalmalar müşahidə edilib: “Azərbaycan neft ölkəsi olduğu üçün dünya bazarında baş verənlər Azərbaycan üçün əhəmiyyətli olub. Bütün bunlara baxmayaraq neftin dünya bazarındakı qiymətinin azalmalarının qeydə alınması, eyni zamanda qonşu ölkələrdə, Rusiyada və hətta, Avropa Birliyi ölkələrində böhranın olmasına baxmayaraq ölkəmiz birinci rübü uğurla başa vurdu.
Təbii ki 2014-cü ilin ölkə Prezidenti tərəfindən “Sənaye İli” adlandırılması Azərbaycanda iqtisadi diversifikasiyanın təməl ili kimi qiymətləndirilə bilər. Belə ki, 2014-cü ildə artıq diversifikasiya siyasətinin nəticələrini müşahidə etdik. Sənayedə qeydə alınan 4 faizlik artım məhz ötən il həyata keçirilən islahatların nəticəsi kimi qiymətləndirilə bilər. Sənayenin inkişafı ilə bağlı islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Neftin dünya bazar qiymətinin azalması səbəbindən neft sənayesinin aşağı düşməsinə baxmayaraq ümumi sənaye sektorunda inkişaf müşahidə edildi. Bu iqtisadiyyatlın şaxələnməsi fonunda eyni zamanda sənayeləşməsindən xəbər verir. Ölkə Prezidentinin iqtisadiyyatın diversifikasiyası ilə bağlı strateji siyasəti özünü artıq real iqtisadiyyatda göstərməkdədir. İqtisadiyyatın şaxələnməsi və qeyri–neft sektorunun inkişafı hesabına növbəti illərdə Azərbaycan iqtisadiyyatının dayanıqlı, eləcə də regionda baş verən böhrandan siğortalanmasına gətirib çıxaracaq. Ümumidaxili məhsulda qeyri-neft sektorunun payı artıq 62 faizə qədər yüksəlib. Büdcə gəlirlərinin formalaşmasında qeyri- neft sektorunun payı 25 faizdən 34 faizə qədər artıb”.
Bu ilin birinci rübünün yekunlarını qiymətləndirən zaman təbii ki, manatın xarici valyutalara nisbətən məzənnəsinin yumşalması barədə də bildirmək olar: “Manatın dəyər itirməsinə baxmayaraq, rüblük inflyasiya 2.8 faiz oldu. Bu isə o deməkdir ki, manatın yumşalması istehlak bazarında qiymət artımlarına gətirib çıxarmadı. Əslində, bu addımın eyni zamanda ölkəmizin qeyri-neft ixracatının stimuallaşdırılmasına xidmət edəcəyi şübhəsizdir. Azərbaycanda biznes və sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılması ilə yanaşı milli valyutanın uzun müddətli dövrdə dəyərini stabil saxlaması və hətta, bəzi illərdə manatın möhkəmlənməsi ölkəmizə idxal edilən malların manatla xərclərinin azalmasına səbəb olmuşdur. Ölkəmiz milli valyutasını uzun müddət stabil saxlaya bilə az sayda ölkələrdəndir. Hətta qlobal maliyyə böhranı dövründə bütün MDB dövlətlərində develvasiya müşahidə edilməsinə baxmayaraq, manat xarici valyutalara nisbətən dəyər itirməmişdi. Başqa tərəfdən, son illər neft ölkələrinin əksəriyyətində milli valyutaların dəyərsizləşməsi prosesi müşahidə edilib. Belə ki, milli valyuta Venesuelada 46 faiz, İranda 2.25 dəfə, İndoneziyada 35 faiz ucuzlaşıb. Hətta valyutası kifayət qədər möhkəm olan Küveytdə belə milli valyutanın dəyərsizləşməsi qeydə alınıb.
Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında milli valyutaların son 2 ildə məzənnəsinin dəyişmə tendensiyasının təhlili göstərir ki, bütün tərəfdaş ölkələrdə milli valyutalar dəyər itirib. Belə ki, son 2 ildə qardaş Türkiyədə milli valyuta 34 % dəyər itirib. Şimal qonşumuz olan Rusiyada rubl 2 dəfəyə yaxın ucuzlaşıb. Əgər 2 il öncə 1 dollara almaq üçün 30 rubl ödəmək lazım idisə indi bu rəqəm 60 rubla yaxındır. Qonşu Gürcüstanda isə milli valyuta sözügedən dövrdə 40 faizə yaxın dəyər itirib. Ukraynada isə vəziyyət daha acınacaqlıdır: son 2 ildə bu ölkənin milli valyutası 6 dəfə ucuzlaşıb. Əsas ticarət tərəfdaşımız olan Avrozona ölkələrində isə avro dollara nisbətə yalnız son 1 ildə 30 faizdən artıq dəyər itirib. Bir il öncə 1.40 dollara təklif edilən avro indi cəmi 1.05 dollara satılır.
Avrozonada milli valyutanın dəyərdən düşməsi bir daha təsdiq edir ki, qlobal dəyişikliklər fonunda manatın yumşalması qaçılmaz idi. Milli valyutamızın yumşalmasında əsas məqsədlərdən biri də məhz iqtisadiyyatın diverfikasiyası ilə bağlı prioritet hədəflərə nail olmaqdan ibarətdir. Manatın xarici valyutalara nisbətən məzənnəsinin yumşalması ölkəmizin qeyri-neft sektorunun ixrac potensialının artırılması baxımdan vacib idi. Ölkəmizin əsas ticarət tərəfdaşlarında və eləcə də Rusiyada milli valyutalar kəskin devalvasiya olunduğu üçün bizim yerli məhsullar həmin bazarlarda artıq bahalı olduqları üçün satıla bilmirdilər. Manatın son devalvasiyası isə ölkəmizin ixrac məhsullarının xarici bazarlarda ucuzlaşmasına və onların satış imkanlarının yüksəlməsinə səbəb olacaq. Bu isə sadəcə ölkəmizin qeyri-neft ixrac qabiliyyətinin artırılması baxımdan deyil, eyni zamanda ixrac ilə məşğul olan şirkətlərin maliyyə imkanlarının genişləndirilməsi baxımdan əhəmiyyətlidir. Fermerlərin və eləcə də şirkətlərin maliyyə imkanlarının daha da yaxşılaşdırılması həmin şirkətlərə imkan verəcək ki, yeni iş yerləri yaratsınlar, əmək haqqları artırsınlar və eləcə də dövlət büdcəsinə daxil olmaları artıracaq. Deməli, manatın məzənnəsinin yumşalması iqtisadiyyatın inkişafına müsbət təsirlərə malikdir və artıq bunun pozitiv təsirlərini biz qısa müddətdən sonra ölkəmizin qeyri-neft ixracatında qeydə alınan artımda və özəl sektorun inkişafına müşahidə edəcəyik”.
Qeyd edilənlərdən görünür ki, 2015-ci ilin növbəti aylarında da iqtisadi inkişafın davam edəcəyi və bu il üçün nəzərdə tutulan iqtisadi hədəflərə nail olmaq mümkün olacaq. Beləliklə, Azərbaycan 2015-ci ilin birinci rübünü uğurla başa vurdu. Ekspert onu da qeyd etdi ki, ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət 2008-ci ildəki qlobal maliyyə böhranı zamanı olduğu kimi, indi də ölkə iqtisadiyyatını qlobal və regional böhranların təsirlərindən sığortalaya bilir.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info