“The Hill”: “ABŞ Azərbaycanın dünyəvi, proqressiv dövlət olması faktlarını ört-basdır edir”
Tarix: 14.04.2015 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Azərbaycan ABŞ-ın müsəlman dünyasında nadir real və etibarlı dostlarından biridir.
Bu fikirlər ABŞ-ın nüfuzlu “The Hill” qəzetində jurnalist Maayan Yaffenin məqaləsində yer alır.
Azərbaycanı vətəndaş cəmiyyəti dəyərlərinə sadiq qalan yeganə müsəlman ölkəsi kimi qeyd edən müəllif son zamanlar Ağ Evin Azərbaycan və İsrail kimi əsas tərəfdaşlarları ilə münasibətləri korladığını deyir. O, bu ölkələrin məhz ABŞ müttəfiqləri olmalarına görə İranın hərbi rəhbərliyi tərəfindən sevilmədiyini vurğulayıb.
“ABŞ administrasiyası Azərbaycanın dünyəvi, qərbyönümlü və proqressiv dövlət olması faktlarını ört-basdır edir. Bundan başqa, ABŞ rəhbərliyinin tez-tez Azərbaycanı əsassız halda tənqid etməsi Azərbaycan rəhbərliyini məyus edir”, – deyə M.Yaffe yazıda qeyd edib.
Onun fikrincə, ABŞ-ın Azərbaycana qarşı bu yanaşması qəti olaraq qəbuledilməzdir: “ABŞ-ın indiki administrasiyası Yaxın Şərqdə mövcud olan problemlərin ciddiliyini anlamır. Administrasiya Konqresin köməyi ilə bu problemlərə daha geniş bucaqdan baxmalı və onların həlli üçün böyük strategiya müəyyən etməlidir”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info