İsveçrənin nüfuzlu jurnalında Avropa Oyunları haqqında məqalə dərc olunub
Tarix: 14.04.2015 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


İsveçrənin nüfuzlu “L’Extension” jurnalında müəllif Klod Eqinin (Claude Haegi) “Bakıda Birinci Avropa Oyunları: yeni tədbir üçun olimpiya ruhu” adlı məqaləsi dərc edilib.
Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məqalədə Birinci Avropa Oyunlarının mahiyyəti və əhəmiyyətindən söz açılıb, yarışlarda 49 Avropa Olimpiya Komitəsindən 5400 atletin 19 idman növündə mübarizə aparacağı bildirilib.
Müəllif Avropa Olimpiya Komitələrinin prezidentlərinin bir neçə dəfə Azərbaycandakı Olimpiya şəhərciyinə səfər etdikdən sonra keçiriləcək oyunların müstəsna keyfiyyətindən və təşkilatçılıq səviyyəsindən əmin olmalarını qeyd edərək, Azərbaycanda həyata keçirilən iri infrastruktur layihələrindən söz açıb, 65000 yerlik yeni Olimpiya stadionunun dünyada ən müasir və mükəmməl stadionlarından biri hesab olunduğunu vurğulayıb.
K. Eqi həmçinin Bakının mədəniyyət baxımdan cəlbedici olduğunu bildirib: “Bakı bir mədəniyyət şəhəridir. Oraya səfər etdikdə, buna tam əmin olmaq olar. O, qədim simasını saxlayan və arxeoloji zənginliklərini sərgiləyə bilən şəhərdir. Bu şəhərdə cəsarətli arxitektur layihələri həyata keçirilib. Onlardan biri ölkənin rənglərinə uyğun alovlanan və gecələr bir növ tamaşa təqdim edən məşhur 3 nəhəng qüllələrdir. Burada yeni tikililər çox vaxt müstəsna arxitekturaya malikdir”.
Bu oyunların digər məqsədinin iqtisadi, ekoloji və sosial vəziyyəti daha da yaxşılaşdırmaq olduğunu qeyd edən müəllif tarixi Böyük Şor gölünün ətrafında davamlı inkişaf qaydalarına uyğun aparılan abadlaşdırma işlərini yüksək qiymətləndirib: “Bu hərəkətli Oyunlar ölkəni xarakterizə edən multikultural tolerantlığı, onun sahibkarlıq ruhunu göstərəcək”.
Həyata keçirilən layihələrin Azərbaycan iqtisadiyyatının və tikinti sənayesinin inkişafına güclü təkan verdiyini bildirən müəllif olimpiya şəhərciyinin, olimpiya stadionunun, gimnastika arenasının, atıcılıq meydançasının, habelə olimpiya üzgüçülük hovuzu, çimərlik voleybolu meydanı və idman oyunları sarayından ibarət Bayraq meydanı kompleksinin timsalında Bakı şəhəri və ətraf ərazilərində geniş miqyaslı urbanizasiya işlərinin həyata keçirildiyini vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Azərbaycanda münaqişəli ailələrin sayı artır
19.02.2019
Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə Baş direktoru Şimal bölgəsinə səfər edib
19.02.2019
“EcoArt” layihəsi başa çatıb
19.02.2019
Peşə hazırlığı kurslarının Almaniya təcrübəsinə uyğun təşkili məsələləri müzakirə olunub
19.02.2019
Şəhidlik ölməzlikdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info