Tanınmış tenordan növbəti ustad dərsi
Tarix: 14.04.2015 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Tanınmış tenor, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Samir Cəfərov Naxçıvan Dövlət Universitetində ali məktəbin İncəsənət fakültəsinin solo oxuma ixtisası tələbələri üçün növbəti ustad dərsi keçib. Dərsdən öncə universitetin İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti Mübariz Əsgərov tanınmış tenor Samir Cəfərovun yaradıcılığı, səhnə fəaliyyəti, Naxçıvanda vokal məktəbinin formalaşmasındakı xidmətlərindən danışıb. Qeyd olunub ki, 2002-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Moskva şəhərindəki Qalina Vişnevskaya adına Opera Mərkəzində təhsil alan, eyni zamanda, İtaliya musiqi məktəbindən də bəhrələnən, bir çox beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edən Samir Cəfərov C.Verdinin “Traviata” operasında Alfred, “Riqoletto” operasında Duka, Ü.Hacıbəylinin “Koroğlu” operasında Koroğlu rollarını böyük ustalıqla oynayıb. Hazırda Opera və Balet Teatrında işləməklə yanaşı vokal sənətini uğurla tədris edir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək zəngin və çox qədim Azərbaycan incəsənətin gənclərin əxlaqi-mənəvi tərbiyəsindəki rolundan, müasir vokal sənətinin, milli operanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Rektor tanınmış sənətkarın yaradıcılığını yüksək qiymətləndirərək universitetdə artıq ənənə halı alan belə ustad dərslərinin keçirilməsinin əhəmiyyətindən bəhs edib. Xalq artisti Samir Cəfərov çıxış edərək universitetdə musiqinin tədrisi üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, gənc istedadların üzə çıxarılmasında, istiqamətləndirilməsində, onlara peşəkarlığın sirlərinin öyrədilməsində əlindən gələni əsirgəməyəcəyini söyləyib.Sonra tələbələrdən Bəsti Qasımova, Məhərrəm Quliyev, Nurbəniz Niftəliyeva, Vəli Nəsibov və digərlərinin ifaları dinlənilib. Tanınmış vokalçı onlara səs diapazonuna uyğun repertuar seçimi, düzgün tələffüz və vurğu, boğazların və xırdalıqların yerli-yerində edilməsi, ifa zamanı tənəffüs orqanlarının fəaliyyətinin düzgün tənzimlənməsi, səhnə mədəniyyəti, jestikulyasiyalardan yerli-yerində istifadə ilə bağlı əhəmiyyətli tövsiyələr verib. Məşhur müğənninin ifası alqışlarla qarşılanıb. Tədbirdə Naxçıvan Dövlət Universitetində solo oxuma ixtisası üzrə tədrisin mövcud vəziyyəti, musiqi təhsili alan tələbələrə keçirilən vokal dərslərinin səviyyəsi müzakirə olunub.

Mehriban SULTAN
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri










 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Naxçıvanda ət istehsalı 3,1 faiz, süd istehsalı isə 1,6 faiz artıb
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info