Neft bahalaşır
Tarix: 14.04.2015 | Saat: 21:07:00 | E-mail | Çapa göndər


ABŞ Energetika Nazirliyinin informasiya idarəsinin bəyanatları fonunda aprelin 14-də keçirilən hərraclarda neftin qiymətində artım müşahidə olunur.
”RİA Novosti” informasiya agentliyi xəbər verir ki, Brent markalı neftin barrelinin may fyuçerslərinin qiyməti 0,9 faiz bahalaşaraq 58,45 dollardan, WTI markalı neftin barreli isə 1,1 faiz bahalaşaraq 52,48 dollardan satılıb.
Bir qədər əvvəl ABŞ Energetika Nazirliyinin informasiya idarəsi son dörd ildə ilk dəfə olaraq şist yataqlarında neft hasilatının azalacağını bəyan edib.
JP Morgan agentliyinin analitiklərinin fikrincə, ilin ikinci rübündə hasilatın azalacağı təqdirdə 2015-ci ildə ABŞ-da neft ehtiyatının səviyyəsi də aşağı düşəcək. Lakin hasilat əvvəlki səviyyədə qalsa, ilin qalan müddətində neft ehtiyatları 540 milyon barrelə qədər yüksələ bilər.
Bununla belə, analitiklər əvvəllər neftin bahalaşmasının Yaxın Şərqdəki qeyri-stabil siyasi vəziyyətlə bağlı olduğunu bildirsələr də, artıq bu faktorun bazardakı qiymətlərə əhəmiyyətli təsir göstərmədiyini qeyd edirlər.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info