Kikboks üzrə ölkə çempionatı keçiriləcək
Tarix: 14.04.2015 | Saat: 22:06:00 | E-mail | Çapa göndər


18-19 aprel 2015-ci il tarixlərində Azərbaycan Kikboksinq Federasiyası XXI Azərbaycan çempionatı keçirəcək. Bu barədə Kikboksinq Federasiyasından məlumat verilib. Məlumata görə, çempionat Azərbaycan Respublikasi Gənclər və İdman Nazirliyinin vahid idman təqvim planına əsasən Sərhədçi Olimpiya Kompleksində keçiriləcək. Əsas məqsəd isə 2015-ci ildə dünya, Avropa çempionatının beynəlxalq və peşəkarlar arasında turnerdə iştirak edəcək milli komandanın tərkibini müəyyənləşdirməkdir. Yarışa iki yaş qrupu üzrə idmançı qatılacaq. Yarışmalar aprel ayının 18-də, yarımfinal və final döyüşləri isə aprel ayının 19-da baş tutacaq. Döyüşlər kişilər arası və kadetlərin 2 yaş qrupu (11 yaşa qədər və 11 yaşdan 14 yaşa qədər) arasında olacaqdır. Respublika Çempionatında ölkədə kikboksinq üzrə fəaliyyət göstərən bütün klub və filialların idmançıları, ümumilikdə 350 nəfərdən yuxarı kikboksçuların iştirakı planlaşdırılıb. Xatırladaq ki, komandaların gəlmə və çəki günü 16 aprel 2015-ci il tarixində saat səhər 10:00-dan 15:00-dək Azərbaycan Kikboksinq Federasiyasının Təlim Məşq Bazasında baş tutacaq. (Ünv: Tofiq Bəhrəmov adına Respublika stadionun yanında yerləşir) Yarış 18 aprel 2015-ci il tarixində saat 10-00 da başlayır, təntənəli açılışı isə həmin vaxtda saat 15-00 da baş tutacaq. Yarışın final döyüşləri 19 aprel 2015-ci il tarixində saat 15-00 da gerçəkləşəcək. Məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev artıq belə yarışların mütamadi olaraq keçirildiyini təşkil söyləyib: “Məqsəd belə tədbirlərlə gənclər arasında idmanın inkişafına dəstək olmaq və idmanın kütləviliyini, təmin etmək, xüsusilə, gənclərdə vətənpərvər ruhunu güclədnirmək, narkomaniyaya yox demək və gənclərin pis vərdişlərdən uzaq durmasıdır. Cənab prezidentin idman siyasətinə dəstək olaraq belə yarışları müntəzəm olaraq keçirməyi planlaşdırırıq”,- deyə federasiya rəhbəri əlavə edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sumqayıtlı Messi “Beşiktaş”da
21.11.2018
UEFA Millətlər Liqası: Azərbaycan və Kosovo yığmalarının start heyətləri açıqlanıb
20.11.2018
Alpaqutçılar Bakıda dünya çempionatı keçirir
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info