Gəncədə “KamAZ” istehsalına başlanıldı
Tarix: 15.04.2015 | Saat: 01:32:00 | E-mail | Çapa göndər


Tatarıstan Prezidenti Gəncə Avtomobil zavodunda yığılan ilk “KamAZ” avtomobilinin konveyerdən çıxması mərasimində
iştirak edib

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində yığılan ilk “KamAZ” markalı avtomobil konveyerdən çıxıb.
Bu münasibətlə zavodda keçirilən tədbirdə Azərbaycanda səfərdə olan Tatarıstan Prezidenti Rüstəm Minnixanov, Azərbaycan nəqliyyat naziri Ziya Məmmədov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, “KamAZ” ASC-nin baş direktoru Sergey Koqoqin və zavodun əməkdaşları iştirak edib. Qonaqlar əvvəlcə zavodda yeni yığılmağa başlayan “KamAZ” avtomobillərinin yığım xətti ilə tanış olublar. Tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov“KamAZ” markalı avtomobilin Azərbaycanda yığılmasını Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin günü-gündən inkişaf etməsinin göstəricisi adlandıraraq bu əlaqələrinin bundan sonra da davam etdiriləcəyini bildirib. Ziya Məmmədov Gəncədə yığılan “KamAZ” markalı avtomobillərin ilk alıcısının Nəqliyyat Nazirliyi olacağını bildirib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə Azərbaycan iqtisadiyyatının inkişafından danışıb. O, son illər Gəncədə inşa edilən yeni istehsal müəssisələri barədə qonaqlara məlumat verib. Polad Bülbüloğlu isə Rusiya ilə Azərbaycan arasında hər bir sahədə əlaqələrin günü gündən inkişaf etdiyini diqqətə çatdırıb. Tatarıstan Prezidenti Rüstəm Minnixanov “Gəncə Avtomobil Zavodu” İB-də “KamAZ” markalı avtomobillərin yığılmasının yeni əlaqələrin qurulmasına nümunə olacağını deyib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də iki ölkə arasında iqtisadi sahələrdə əlaqələr barədə fikir mübadiləsi aparıldığını xatırladıb. “Gəncə Avtomobil Zavodu” İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev “KamAZ” ASC ilə Gəncə Avtomobil Zavodu arasında əlaqələrin 10 il əvvəl kiçik minik avtomobillərin istehsalı ilə yarandığını bildirib. O qeyd edib ki, “balacadan- böyüyə” devizi ilə işləyən zavod artıq böyük avtomobillərin istehsalına başladığından müəssisənin şüarı dəyişdiriləcək. Tədbirin sonunda Tatarıstan Prezidenti Rüstəm Minnixanov Gəncə Avtomobil Zavodunda konveyerdən çıxan ilk “KamAZ” markalı avtomobili işə salaraq sınaqdan keçirib.
Nigar Gəncəli




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Torpağın təyinatına zidd istifadəsi ilə bağlı 2 nəfər cərimələnib
19.09.2018
SOCAR Xəzərdə yeni perspektiv strukturların axtarışları üçün xarici şirkətləri cəlb edir
19.09.2018
AHİK sədri: “Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir”
19.09.2018
“Buta Airways”in yeni təyyarəsi Günnüt kəndinin şərəfinə adlandırılıb
19.09.2018
Rəqəmsal Ticarət Qovşağının konfransında qeyri-rezidentlərə elektron imza veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info