“Neftçi” ilə görüşdə oynamayacaq
Tarix: 15.04.2015 | Saat: 01:40:00 | E-mail | Çapa göndər


Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunlarından sonra cəzalı duruma düşən futbolçular müəyyənləşib. 4 futbolçu cavab qarşılaşmasında iştirak edə bilməyəcək. Onlardan ikisi “İnter”in üzvləridi. Komandanın kapitanı və qapıçısı Səlahət Ağayev, həmçinin Coşqun Diniyev “Neftçi” ilə qarşılaşmada aldığı sarı vərəqə üzündən cavab matçını buraxacaq.
Buna səbəb hər iki oyunçunun 1/4 final mərhələsinin “Xəzər Lənkəran”la cavab görüşündə də xəbərdarlıq almasıdı. “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə və “Simurq”un kapitanı İlkin Qırtımov da eyni vəziyyətə düşüb. 1/4 finalın AZAL-la cavab oyununda sarı vərəqə görən Yunuszadə “İnter”lə ilk matçda eyni cəza aldığı üçün aprelin 21-də meydana çıxa bilməyəcək. “Qarabağ”la ilk oyunadək 1/4 finalın “Qəbələ” ilə cavab qarşılaşmasında da xəbərdarlıq edilən Qırtımov ağdamlılarla Zaqataladakı matçı kənardan izləyəcək. Qeyd edək ki, ölkə kubokunda futbolçular hər iki sarı vərəqədən sonra cəzalı duruma düşür.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info