Qadın atletimiz Avropa çempionu olub
Tarix: 15.04.2015 | Saat: 01:41:00 | E-mail | Çapa göndər


Boyanka Kostova: “İnanıram ki, Dünya Çempionatında da yeni rekordlara imza atacağam”

Azərbaycanın ağırlıqqaldırma üzrə qadın atleti, “Neftçi” idman klubunun yetirməsi Boyanka Kostova Tbilisidə keçirilən Avropa çempionatında qızıl medala sahib olub.
B.Kostova 58 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulub. O, birdən ağırlıqqaldırmada əvvəlcə 100, sonra 105, daha sonra isə 109 kiloqramı başı üzərinə qaldırıb. Atletimiz bununla həm də iki yeni rekorda imza atıb. Belə ki, 105 kiloqramı başı üzərinə qaldırmaqla o, yeniyetmələr arasında, 109 kiloqramı qaldırmaqla isə böyüklər arasında Avropa üzrə yeni rekord müəyyən edib.
Atletimiz təkanla ağırlıqqaldırmada ilk cəhddə 125 kiloqramlıq nəticə ilə öz rekordunu təzələyib. O, 132 və 137 kiloqramı qaldırmaqla daha iki yeni rekorda imza atıb. B.Kostova həm birdən ağırlıqqaldırma, həm də təkanla ağırlıqqaldırmada birinci olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, ümumilikdə 246 kiloqramlıq nəticə göstərib. Qızıl medalı atletimizə Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan təqdim edib. Federasiyanın prezidenti həm parlaq qələbəsinə, həm də yeni rekordlara görə B.Kostovaya təbriklərini çatdırıb.
Avropa çempionu qələbə sevincini AZƏRTAC ilə bölüşərək deyib: “Avropa çempionu olduğuma görə çox sevinirəm. Bu, həm mənim, həm də klubumuzun qələbəsidir. Mən ilk növbədə Azərbaycanda idmanın inkişafı üçün yaratdığı şəraitə, biz idmançılara göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdaram. Eyni zamanda, mənə göstərdikləri etimada və dəstəyə görə “Neftçi” klubunun rəhbərliyinə, məşqçilərimə təşəkkürümü bildirirəm. Düşünürəm ki, Avropa çempionu olmaqla kifayətlənməməliyik. Şəxsən mən Dünya Çempionatında iştirak etmək, orada qalib gəlmək istəyirəm. İstəyirəm, həm dünya çempionu olum, həm də yeni rekordlara imza atım. İnanıram ki, buna nail olacağam”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info