“Azərbaycana təzyiq göstərmək çağırışları ölkəmizi gözü götürməyən dairələrin işidir“
Tarix: 15.04.2015 | Saat: 01:55:00 | E-mail | Çapa göndər


“İstər ölkə içindən, istərsə də ölkə kənarından Azərbaycana təzyiqlər göstərmək istiqamətində çağırışlar Azərbaycanın müstəqil şəkildə inkişafını, müstəqil şəkildə iradə ortaya qoymasını, öz imkanlarını, resurslarını müstəqil şəkildə idarə etməsini və bunun da nəticəsində ən müxtəlif regional və beynəlxalq layihələr reallaşdırmasını gözü götürməyən dairələrin əməlləridir”.
Bunu “Trend”ə Azərbaycanda guya insan haqlarının pozulmasına dair ABŞ-ın dövlət katibi Con Kerriyə göndərilən açıq məktubu şərh edərkən Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. B.Muradova vurğulayıb ki, əgər Azərbaycan iqtisadi cəhətdən digər ölkələr kimi başqa dairələrdən, ayrı-ayrı ölkələrdən asılı olsaydı, onu idarə etmək daha asan olardı və belə məsələlərə də ehtiyac qalmazdı: “Azərbaycan özü öz taleyinin sahibidir və heç bir başqa ölkənin, təşkilatın, beynəlxalq dairənin köməyi olmadan öz problemlərini özü həll edir, ciddi bir təcavüz faktı ilə üz-üzə qalmasına baxmayaraq, bunun da nəticələrini özü müstəqil şəkildə aradan qaldırır və bununla bağlı qətiyyətli şəkildə öz mövqeyini ortaya qoyur”. Vitse-spiker qeyd edib ki, Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan siyasət yeritdiyi üçün bu regionda ən müxtəlif maraqlarını güdən dairələr öz planlarını reallaşdıra bilmədiklərindən bu cür idarə olunan, siyasətdə, ictimai həyatda uğur qazana bilməyən xırda-para adamların vasitəsilə beynəlxalq təşkilatlara, ölkə rəsmilərinə müraciətlər formasında Azərbaycanı gözdən salmağa çalışırlar: “Amma bu, birinci dəfə deyil, biz dəfələrlə belə hallarla rastlaşmışıq. Bütün bunlara baxmayaraq, Azərbaycan öz inkişaf yolu ilə çox inamla irəliləyir, yeni-yeni uğurlara imza atır və bütün beynəlxalq, regional və ölkədaxili layihələri də uğurla həyata keçirir. Bu dəfə də belə olacaq. İlk Avropa Oyunları ərəfəsidir. Hələ bu Oyunlar keçirilənə qədər və bundan bir müddət sonra bu cür hərəkətlər davam edəcək. Ona görə də bütün bunlardan çəkinmədən və buna qarşı müxtəlif təsirli tədbirlər görməklə Azərbaycan öz planlarını həyata keçirəcək. Buna hər kəs - dostlarımız da, düşmənlərimiz də əmin olsun”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info