İsrail jurnalistləri Azərbaycan reallıqları haqqında məlumatlandırılıb
Tarix: 15.04.2015 | Saat: 01:57:00 | E-mail | Çapa göndər


Əli Həsənov: “Azərbaycanda bütün dinlərin nümayəndələrinə böyük hörmət var və tolerantlıq mühiti dərin köklər atıb”
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İsrail kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Əli Həsənov israilli jurnalistlərə Azərbaycanın ictimai-siyasi, mədəni həyatında baş verən mühüm hadisələr, ölkəmizin daxili və xarici siyasəti, beynəlxalq aləmdə qazandığı uğurlar, Azərbaycan-İsrail əlaqələri haqqında məlumat verib. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi bildirib ki, Azərbaycan ilə İsrail arasındakı münasibətlər strateji tərəfdaşlıq mahiyyəti kəsb edir və bu münasibətlərə uyğun olaraq İsrailin həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları, o cümlədən KİV ilə əlaqələr yaradılır. Əli Həsənov Azərbaycanda yaşayan yəhudi icmasının və İsraildəki Azərbaycan icmasının ölkələrimiz arasında əlaqələrin inkişafında böyük rol oynadığını söyləyib. Diqqətə çatdırılıb ki, Azərbaycanda yəhudilər əsrlər boyu sülh, dostluq, qarşılıqlı etimad şəraitində yaşayıblar. Ölkəmizdə dövlət hesabına sinaqoqlar tikilir, təmir edilir. Azərbaycan dünyanın çox az ölkələrindən biridir ki, dövlət vətəndaşlar üçün dini, ictimai, mədəni, sosial obyektlər tikir və onların istifadəsinə verir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə böyük hörmət var və tolerantlıq mühiti dərin köklər atıb.
Əli Həsənov əminliklə bildirib ki, İsraildən gələn KİV nümayəndələri ölkəmizin hər yerində yüksək qonaqpərvərliyin şahidi olacaqlar. Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərin suallarını cavablandırıb. Görüşdə iştirak edən “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak ölkəmizdə yəhudi icması üçün yaradılan şəraitdən məmnunluğunu bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə müxtəlif nəşrləri Əli Həsənova təqdim edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info