Avropa Oyunlarında Sorbon Universitetinin tələbələri azərbaycanlı həmkarlarının evlərində qalacaqlar
Tarix: 15.04.2015 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Son illər Fransanın ali təhsil ocaqları ilə əlaqələrini genişləndirən Azərbaycan Dillər Universitetinin bir qrup tələbəsi Parisin Sorbon Universitetində keçirilən “Mədəni mübadilə” adlı festivalda iştirak etmək üçün aprelin 7-dən 14-dək Fransada səfərdə olub.
Universitet rektorunun müşaviri Vazeh Əsgərov səfər barədə deyib: “Universitetimizlə Sorbon Universiteti arasında müqaviləyə əsasən “Mədəni mübadilə” proqramı əsasında on tələbəmizin Fransaya səfəri reallaşıb. Səfərin məqsədi tələbələrin dil bacarıqlarını inkişaf etdirmələrindən, fransız həmkarları ilə yaxın ünsiyyət yaratmalarından, eyni zamanda universitetlərarası əlaqələrin genişləndirilməsindən, zəngin tarixə malik mədəni irsimizin fransızlara yaxından tanıtdırılmasından, Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verilməsindən ibarət idi.
Bu layihənin ideyası Parisdə yaşayan soydaşımız Səidə Zülfüqarova ilə görüşümüz zamanı yaranıb. Yeri gəlmişkən, buna qədər Fransanın bir çox universitetləri, xüsusilə də Strasburq Universiteti ilə müvafiq layihələrimiz olub. Mədəni mübadilə ilə bağlı layihəni isə ilkin olaraq Sorbon Universiteti ilə reallaşdırdıq. Bununla bağlı ciddi iş apardıq və nəticədə layihənin gündəliyi təsdiqini tapdı və universitetin rektoru, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tərəfindən dəstəkləndi.
Layihəyə əsasən tələbələrimiz fransız tələbələrinin evində yerləşdirilmişdi. Buna cavab olaraq “Bakı-2015” ilk Avropa Oyunları zamanı Azərbaycana səfər edəcək Paris Sorbon Universitetinin 10 tələbəsi də azərbaycanlı həmkarlarının evlərində yerləşdiriləcək. Belə ünsiyyət nəinki tələbələrin yaxınlaşmasına, həm də azərbaycanlı tələbələrin Fransa və onun mədəni dəyərləri, fransız tələbələrinin isə öz növbəsində ölkəmizin zəngin tarixi, mədəni irsi, adət-ənənələri ilə yaxından tanış olmasına hərtərəfli şərait yaratmaq baxımından çox mühüm əhəmiyyətə malikdir.
Səfər proqramımız çox sıx idi. Festivalda tələbələrimizin çıxışı üçün 15 dəqiqə vaxt ayrılmışdı. Amma onların milli geyimdə “Azərbaycan”, “Sarı gəlin“ və digər xalq mahnıları ilə yanaşı, Co Dessənin “Les Champs Elisees” mahnısını, “Qaval” və “Yallı” milli rəqslərimizi yüksək səviyyədə ifa etmələri tamaşaçıların böyük marağına səbəb olduğundan çıxış iki saata yaxın çəkdi.
Bir həftə üçün nəzərdə tutulan proqram çərçivəsində tələbələrimiz müxtəlif tədbirlərdə iştirak etdilər. Onlar Sorbon Universitetində təhsilin quruluşu ilə yaxından maraqlandılar, Parisin tarixi və görməli yerləri ilə tanış oldular.
Bakıya qayıtdıqdan sonra fransalı tələbələrin ölkəmizə səfərinin təşkili ilə bağlı hazırlıq işlərinə başlayacağıq. Sorbon Universiteti tələbələrinin ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti barədə ətraflı tanış olmaları üçün əlimizdən gələni əsirgəməyəcəyik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info