Ərdoğan: “Papanı bir daha bu səhvi təkrarlamamağa çağırıram”
Tarix: 15.04.2015 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası I Fransiskin qondarma “erməni soyqırımı” barədə dediklərini cəfəngiyat adlandırıb.
“Anadolu” agentliyinin verdiyi xəbərə görə, Ərdoğan bunu Türkiyə İxracatçılar Məclisinin iclasında çıxışı zamanı deyib.
“Hər dəfə siyasətçilər və dini xadimlər tarixçilərin vəzifəsini üzərilərinə götürərkən həqiqət əvəzinə cəfəngiyyat olur. Mən papanın dediklərini pisləyirəm və onu bir daha bu səhvi təkrarlamamağa çağırıram”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti yenidən erməni tərəfinə səslənərək 1915-ci il hadisələri üzrə arxiv sənədlərinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa çağırıb. Ərdoğan Ankaranın arxivlərini tarixçilər üçün açdığını və analoji addımın Ermənistan tərəfindən atılmasını gözlədiyini qeyd edib.
Ərdoğan tarixi hadisələrin ölkə və xalqa qarşı kampaniya üçün istifadə edilməsinə yol verməyəcəyini bəyan edib.
Qeyd edək ki, Roma Papası I Fransisk uydurma “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan edib.
Bu barədə o, aprelin 12-də Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdəki çıxışında bildirib.
Roma Papası nitqində nasizm və stalinizmin dəhşətlərindən də danışıb.
Roma Papasının bəyanatı artıq Türkiyənin sərt etirazı ilə qarşılanıb. Türkiyənin Vatikandakı səfiri geri çağırılıb, Vatikanın Ankaradakı səfiri isə Türkiyə XİN-ə çağırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info