İran zavodu Azərbaycana ixrac həcmini artırmaq istəyir
Tarix: 15.04.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


“Mazandaran sement zavodu Azərbaycana ixrac həcmini artırmaq istəyir”. Bunu Azərbaycandan qonşu ölkəyə səfər edən jurnalistlərə "Neka" Mazandaran sement zavodunun direktor müavini Bəhram Lətifi deyib.
B.Lətifi bildirib ki, "Neka" şirkəti məhsulunu Azərbaycanla yanaşı Qazaxıstan, Türkmənistan, Rusiya və digər ölkələrə ixrac edir, lakin şirkətin ən yaxın tərəfdaşı məhz Azərbaycandır: "Biz artıq 5 ildir ki, Azərbaycanla əməkdaşlıq edirik. İldə 1 mln ton sement və klinker Azərbaycana ixrac edirik. Ötən il isə Azərbaycana 680 min ton məhsul ixrac etmişik, bu da ötən illərlə müqayisədə daha azdır. Səbəb Azərbaycanda sement zavodlarının açılması və istehsalın artmasıdır".
Direktor müavini əlavə edib ki, zavodun istehsal etdiyi məhsullar beynəlxalq standartlara cavab verir və buna görə də Azərbaycan tərəfi bu məhsula daha çox maraq göstərir: "Azərbaycanlı iş adamları bizdən məhsulları açıq və kisə formada, əsasən M400 və M500 növündə olan sement alırlar".
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib
18.01.2019
“Ziraat Bank Azərbaycan” üç vəzifə üzrə işçi axtarır
18.01.2019
“METAK“ işçi axtarır
18.01.2019
Apreldə Rusiya iş adamları Azərbaycana gələcək
18.01.2019
“AtaSığorta” iri sığorta ödənişləri həyata keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info