Mazandaran öz məhsullarını Azərbaycan vasitəsilə Rusiyaya ixrac etmək istəyir
Tarix: 15.04.2015 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Mazandaran əyalətinin iş adamları yaxın gələcəkdə Azərbaycana səfər edəcək. Bunu Mazandaran əyalətində səfərdə olan Azərbaycan jurnalistlərinə əyalətin Sənaye, Mədənlər və Ticarət təşkilatının rəhbəri Məhəmməd Məhəmmədpur Omran deyib.
M.M.Omran bildirib ki, hazırda səfərə hazırlıq işləri gedir və ümid edir ki, səfər yaxın iki ay ərzində həyata keçiriləcək.
Onun sözlərinə görə, səfərin əsas məqsədi ticarət, turizm, sənaye və digər sahədə əməkdaşlıq yolları tapmaqdır. “Biz ticarət mübadiləsində maraqlıyıq. Hazırda Mazandaran əyaləti ilə Azərbaycan arasında 120 milyon dollar həcmində ticarət mübadiləsi var ki, bunun 60 milyon dolları dəniz, qalan hissəsi isə Astara sərhədi vasitəsi ilə nəql olunur”.
M.M. Omran bildirib ki, Mazandaran eyni zamanda öz məhsullarını Azərbaycan vasitəsilə Rusiyaya və digər ölkələrə ixrac etməyə maraqlıdır amma hazırda məhsulların tranzitində bəzi problemlər var.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
EnterpriseAzerbaijan.com portalı “Odlar Yurdu” Universitetində startap təlimi keçirdi
22.02.2019
Bank Xaçmaz filialına işçi axtarır
22.02.2019
Ölkədə ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
İqtisadiyyat nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çinə gedir
22.02.2019
Mehriban Əliyeva Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info