Tərcümə Mərkəzi London Kitab Sərgisində iştirak edir
Tarix: 15.04.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Böyük Britaniya Krallığında keçirilən London Kitab Sərgisində iştirak edir.
Mərkəzin sərgidə Azərbaycan dilinə tərcümə edilən kataloqları, “Tərcümə Mərkəzinin Kitabları” seriyasından nəşrləri, “Xəzər” dünya ədəbiyyatı jurnalının son nömrələri, ingilis dilində nəşr edilən “Candles” (Müasir Azərbaycan şeir antalogiyası) kitabı və s. nəşrlər nümayiş etdirilir.
Tərcümə Mərkəzinin rəhbərliyi Böyük Britaniya Krallığının “English Pen” Free Word Centre (Azad Söz Mərkəzi) və digər tərcümə qurumları ilə qarşılıqlı əməkdaşlıq görüşləri keçirəcək.
Sərginin açılışında Azərbaycanın Böyük Britaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə də iştirak edib. Mərkəzin direktoru A.Məsud T.Tağızadə ilə Azərbaycan mədəniyyətinə və ədəbiyyatına aid nəşrlərin Böyük Britaniyada yayılması və nəşri, ölkəmizin təbliğatı istiqamətində fikir mübadiləsi aparıblar.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığıyla qurulan Azərbaycan stendində dövlətçilik, Qarabağ həqiqətləri, Azərbaycan mədəniyyətinə, incəsənətinə və ədəbiyyatına dair kitablar sərgilənir.
Sərgidə Azərbaycanı Tərcümə Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası nəşriyyatlarının nümayəndə heyəti təmsil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info