ABŞ-ı polis zorakılığına qarşı etiraz dalğası bürüdü
Tarix: 15.04.2015 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Nyu-Yorkda yüzlərlə vətəndaş polisin insanlara qarşı zorakılığına etiraz etmək üçün aksiya keçiriblər. “Associated Press”in verdiyi məlumata görə, nümayişçilər etiraz zamanı daha əvvəl saxlanılarkən polis tərəfindən öldürülən Erik Qarner və Uolter Skotun adını səsləndiriblər. Aksiya Manhettenin ən böyük meydanlarından biri olan “Union Square”da başlayıb, daha sonra onlar Bruklin körpüsündən keçərək avtonəqliyyatın hərəkətinə qismən maneə törədiblər. Aksiya təşkilatçıları analoji tədbirin ABŞ-ın 28 rayonunda keçirildiyini qeyd ediblər. Aksiya iştirakçılarının sayının bir neçə min olduğu deyilir. O da bildirilir ki, bu etiraz dalğasının bütün ştatlara yayılacağı istisna olunmur. Çünki son zamanlar polislərin daha çox qaradərili vətəndaşlara qarşı fərqli davranması insanlar arasında ciddi narahatlığa səbəb olub.
Qeyd edək ki, ümumiyyətlə son vaxtlar ABŞ-da polisin öldürdüyü qaradərili amerikalıların sayının artması bir sıra beynəlxalq insan hüquqları təşkilatlarını da ciddi narahat etməyə başlayıb. Xüsusilə afroamerikalı Erik Qarnerin Nyu-Yorkda saxlanılarkən polis tərəfindən boğulması və Missuri ştatında Maykl Braunun polis tərəfindən güllələnməsi əhali arasında xüsusi narahatlıq yaradıb.
Xatıraladaq ki, sonuncu hadisə isə bu ilin aprelində Cənubi Karolina ştatında Çarlston şəhərində baş verib. Həmin vaxt polis Maykl Sledcer 50 yaşlı silahsız yerli sakin Uolter Skotun kürəyinə 50 dəfə atış açıb. Polis qaradərili amerikalının onun elektroşok cihazını götürdüyünü və öz həyatı üçün qorxduğundan ona atəş açdığını bildirib. Lakin yayılan videogörüntüdə hadisə zamanı ölən şəxsin silahsız olduğu görünür.
Doğrudan da dünya insan haqları, irqi ayrıseçkilik və polis zorakılığı ilə bağlı dərs keçməyə çalışan bir ölkənin özünün daxilində belə arzuolunmaz proseslərin getməsi bir sıra suallar doğurur. Necə ola bilər ki, hətta minlərlə amerikalı vətəndaşını dəfələrlə küçələrə tökən belə qeyri-insani davranışlar dəfələrlə təkrarlanır amma ABŞ rəhbərliyi polislərin davranışları, ümumilikdə irqi-ayrıseçkiliklə bağlı ciddi addımlar atmırlar? Görünür bu ölkənin insan haqlarından danışması müəyyən siyasi maraqlardan başqa bir şey deyilmiş...
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
İranın ali lideri İİKK-ya yeni komandan təyin edib
22.04.2019
Vladimir Zelenski kadr islahatlarını anons edib
22.04.2019
Türkiyə prezidenti Şri-Lanka hücumunu qınadı
22.04.2019
“Exit Poll“: Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir
22.04.2019
Kolumbiyada torpaq sürüşməsi 14 nəfərin həyatına son qoydu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info