Xəzər Strateji İnstitutunun nümayəndə heyəti BANM-ə səfər edib
Tarix: 15.04.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinə (BANM) Xəzər Strateji İnstitutunun (HASEN) nümayəndə heyəti səfər edib. Səfər çərçivəsində Xəzər Strateji İnstitutunun (HASEN) Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı, İstanbul Universitetinin tədris üzrə nümayəndəsi, HASEN Ali Məşvərət Şurasının üzvü, professor Deniz Ülke Arıboğan, İstanbul Avrasiya İnstitutunun rəhbəri, HASEN Bilim ve Uzmanlar Şurasının rəhbəri Bekir Günay, HASEN –in Baş katibi Haldun Yavaş, HASEN-in strateji və siyasi məsələlər üzrə koordinatoru Əfqan Niftiyev, HASEN-in tədris işləri üzrə koordinatoru Emin Axunzadə, tədqiqatçı Seda Birol BANM-in rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ilə görüş keçiriblər.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə görməkdən məmnunluq ifadə edib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurulan əməkdaşlıqdan danışan rektor E.Qasımov Azərbaycan ilə Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərindən də söz açıb.
Xəzər Strateji İnstitutunun Ali Məşvərət Şurasının üzvü, keçmiş səfir Halil Akıncı yenidən Azərbaycana gəlişindən və BANM-də qonaq olmasından məmnunluğunu ifadə edib. H.Akıncı təmsil etdiyi İnstitutun başlıca məqsədinın Xəzər regionu ilə bağlı müstəqil araşdırma və tədqiqatların aparılması, həmçinin strateji və yeni təkliflərin irəli sürülməsi olduğunu bildirib. O, institutun fəaliyyəti və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Görüşdə ikitərəfli əməkdaşlıq imkanları, Xəzər Strateji İnstitutunun nəşr etdiyi müxtəlif tədqiqat materialları, həmçinin gələcəkdə seminar, təlim və praktik kursların təşkil edilməsi barədə müzakirələr aparılıb.
Sonda qonaqlar professor-müəlim heyəti və tələbələrin suallarını cavablandırıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Hərbi xidmətini başa vurmuş gənclərin Kürdəmirdə təntənəli qarşılanması mərasimi keçirilib
25.04.2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
25.04.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25.04.2019
“Bakcell” Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
25.04.2019
Azərbaycanda “İKT-də qızlar“ günü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info