Saxta aksiz markalı alkoqollu içkilər aşkar edilib
Tarix: 15.04.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısının alınması məqsədilə cari ilin yanvar ayında Vergilər Nazirliyində spirtli içkilər və tütün məmulatları istehsalçıları olan vergi ödəyiciləri ilə görüş keçirilib, həmin görüşdə ölkəmizdə istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə və tütün məmulatlarına tətbiq edilən aksizin dərəcələrinin dəyişdirilməsi ilə bağlı bu sahəyə nəzarətin gücləndirilməsinin vacibliyi vergi ödəyicilərinin nəzərinə çatdırılıb.
Buna baxmayaraq, respublika ərazisində aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı hallarına hələ də rast gəlinir.
Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin müvafiq qərarı ilə “Fidan” şirkətinin Bakı şəhəri Binəqədi rayonu, Dərnəgül, Naxçıvani küçəsi, 3106-cı məhəllə ünvanda yerləşən və təsərrüfat subyekti kimi vergi orqanında uçotda olmayan obyektində həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və istehsal binasının hüdudlarından kənara çıxarılması halları aşkar edilib.
Tədbir zamanı saxta aksiz markaları ilə markalanmış 150,3 min manat məbləğində 86419 ədəd müxtəlif adlı və həcmli alkoqqollu içkilər aşkarlanıb, bəzi məhsulların üzərində seriyası və nömrəsi olmayan aksiz markaları müəyyən edilib.
2015-ci ilin ötən dövrü ərzində 6 vergi ödəyicisi tərəfindən 43 min 811,9 manatlıq aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktları aşkar edilmiş və hər bir fakt üzrə cinayət işi başlanılıb.
Vergilər Nazirliyi xəbərdarlıq edir ki, aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalarla markalanmaqla satışı, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, bu cür fəaliyyətlə məşğul olan vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info